Ombudsmanın Şəki Regional Mərkəzi “Heydər Əliyev və insan hüquqları” mövzusunda tədbir keçirmişdir

скачанные файлыAzərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin Şəki Regional Mərkəzi tərəfindən Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Şəki rayonu Heydər Əliyev adına Kiş kənd 1 saylı tam orta məktəbdə tədbir keçirilmişdir.

Ombudsman Aparatının mətbuat xidmətindən  Qafqaznews.az-a verilən məlumata görə “Heydər Əliyev və insan hüquqları” mövzusunda təşkil olunmuş həmin tədbirdə məktəbin çoxsaylı müəllim və şagird kollektivi iştirak etmişdir.

Ombudsmanın Şəki Regional Mərkəzinin rəhbəri Pərviz Məmmədov çıxış edərək, Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra respublikada sabitliyin bərpasının təmin olunduğunu qeyd etmiş, ölkənin davamlı inkişafı üçün sosial-iqtisadi sahələrlə yanaşı, hüquq sistemində də ardıcıl islahatların aparıldığını bildirmişdir.

Tədbirdə həmçinin Ulu öndərin memarı olduğu Konstitusiyamızda insan hüquq və azadlıqlarının təmininin dövlətimizin ali məqsədi olduğunun təsbit edilməsi, əsas qanunumuzun 48 maddədən ibarət 3-cü fəslinin insan hüquq və azadlıqlarına verilən ən yüksək dəyəri əks etdirməsi vurğulanmışdır.

Ümummilli liderin “İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” 22.02.1998-ci il tarixli Fərmanının, 18.06.1998-ci il tarixli Sərəncamla təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın, habelə dahi şəxsiyyət Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27.12.2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın müddəaları iştirakçıların diqqətinə çatdırılmışdır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR