Deputat əlilə yol göstərdi: “Prokurorluğa getsin!”

Bezy-myanny-j-copy-54Mayın 11-d kavkaznews.az saytında “Binəqədi RİH Qarabağ qazisinin torpağını deputatın qayınanasına qanunsuz“hədiyyə” edib?”başlıqlı yazı dərc olunmuşdu.
Məqalədə Qarabağ müharibəsi veteranı Oruc Məmmədovun Qafqaz Xəbər Agentliyinə müraciətindən bəhs olunur.
“Mən 1991-ci ildən – Azərbaycan Silahlı Qüvvələri yarandığı ilk günlərdən könüllü olaraq orduya yazılmış və Qarabağın müdafiəsi uğrunda gedən döyüşlərdə batareya komandiri kimi iştirak etmişəm. 1999-cu ilin dekabrında Azərbaycan Silahlı Qüvvələrindən kapitan rütbəsi ilə təqaüdə çıxmışam. Hərbi xidmətim zamanı çox sayda fəxri fərman və mükafatlar almışam, Qarabağ Müharibəsi əliliyəm. Təqaüdə çıxdıqdan sonra, sərbəst olaraq kiçik ticarətlə məşğul olmuşam, hər hansı yerdə çalışmamışam. 2006-cı ildə Binəqədi Rayonu 7-ci mikrorayon ərazisində, S.S.Axundov küçəsində Binəqədi Bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli, 499/2 saylı qərarı ilə 4000 kvadrat metr (40 sot) torpaq sahəsi əldə etmişəm. Lakin maddi vəziyyətim çətin olduğuna görə, həmin yerdə hər hansı obyekt və ya ev tikməmişəm.
2011-ci ildə MTN çetesi tərəfindən şərlənərək, bir tanışımın mənə aidiyyatı olmayan işi üzrə həbs olunmuşam. Həmin vaxt 8 il 6 ay həbs cəsası alsam da, 2014-cü ilin avqustunda tam bəraət qazandım və haqsız IMG_1534olaraq həbs edildiyimə görə dövlət tərəfindən 10 min manat kompensasiya ödənildi. Həbsdən çıxdıqdan sonra,2014-cü ilin avqustunda mənə məxsus olan torpaq sahəsinə baş çəkmək üçün həmin əraziyə getdim, gördüm ki, torpaq sahəsinin bir tərəfində obyekt tikilir. Tikintinin hansı əsasla aparıldığını soruşsam da, mənim sualım cavabsız qaldı. Həmin obyekt indi “Çıraq Palas” adı ilə fəaliyyətdədir. Bir müddət sonra, Adil Əliyevin yaxın adamı Rüstəm Rüstəmov mənlə əlaqə saxlayaraq, görüşdü. O söz verdi ki, məni Adil Əliyevlə görüşdürəcək və hətta, torpaq sahəsinin qalan yerini də pulla məndən alacaqlar. Rüstəm mənə kompensasiya söz versə də, heç bir nəticə əldə olunmadı. O vaxtdan hər il 400 manata yaxın torpaq üçün vergi verirəm”, – deyə Oruc Məmmədov bildirib.
O, həqiqətən də torpağın sahibi olduğuna dəlalət edən sənədləri, Binəqədi Bələdiyyəsi ilə alqı-satqıya dair qərarı kavkaznews.az-a təqdim edib.
Binəqədi Bələdiyyəsinin sədr müavini Rasim müəllim (soyadını bizə bildirmədi) Oruc Məmmədovun torpaq sahəsinin “Çıraq Palas” restoranı tərəfindən zəbt olunmasını təsdiqlədi. O, Məmmədova məhkəməyə müraciət etməyi məsləhət gördü.
“Bələdiyyə Oruc Məmmədova torpağını geri qaytarmaqda yardım edə bilərmi?”, – deyə soruşduq.
“Yox, biz alqı-satqı aparmışıq. Torpaq sahəsi daha bizim balansımızda deyil”, – deyə bələdiyyə nümayəndəsi qeyd edib.
IMG_1530Mayın 11-də biz jurnalist araşdırmasını davam etdirdik. Ötən yazımızda Oruc Məmmədovun hüquq mühafizə orqanlarına da müraciət etdiyini bildirmişdik.
Bu şikayət Bakı şəhəri Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırılıb, martın 3-də Oruc Məmmədov idarənin rəisi Nazim İsmayılovun imzası ilə məktub alıb. Məktubda bildirilir:
“Baxış zamanı Dövlət Reyestr Xidmətinin verdiyi çıxarışlara əsasən, Abdullayeva Qətibə Məmməd qızına məxsus olan və 7-ci mikrorayon S.S.Axundov küçəsi 20 “a” ünvanında yerləşən 0,04354 ha (4 sot) torpaq sahəsində Binəqədi RİH-in 27 may 2013-cü il tarixli, 171 nömrəli sərəncamı ilə “Çıraq Palas” şadlıq sarayının inşa olunduğu müəyyən olunmuş, Qətibə Abdullayeva deputat Adil Əliyevin onun kürəkəni olduğunu, lakin şadlıq sarayının tikintisinin sonuncuya heç bir aidiyyətinin olmadığını bildirmişdir.
Dövlət Arxivinin Bakı filialından götürülmüş sənədlərdən məlum olub ki, 29 dekabr 2006-cı il tarixli, 499 nömrəli qərarı sizə torpaq sahəsinin ayrılması barədə deyil, Binəqədi rayonu, 6-cı mikrorayonda 600 kvadrat metr torpaq sahəsinin İsmayılova Alidə Aydın qızının mülkiyyətinə ayrılması barədə verilib. Torpaq sahənizin Adil Əliyev tərəfndən zəbt olunması ilə bağlı müraciətinizdə göstərdiyiniz xüsusat araşdırma zamanı təsdiqinizi tapmamış, lakin 2006-cı ildə Binəqədi bələdiyyəsinin sədri vəzifəsində işləmiş Məmmədov Natiq Abbas oğlunun əməlində vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığının olması müəyyən edildiyindən, onun əməlinə hüquqi qiymət verilməsi üçün material Binəqədi rayon prokurorluğuna göndərilmişdir”.hqdefault-5
N.İsmayılovun məktubunda bu sözlər də yer alır: “Siz araşdırma zamanı təkrar ərizə ilə Natiq Məmmədov tərəfindən torpaq sahəsiylə təmin edildiyinizi, buna görə də heç bir şikayət və tələbinizin olmadığını bildirmisiniz”.
Əgər Oruc Məmmədov həqiqətən də torpaq sahəsiylə təmin edilibsə, onda niyə haqlarının pozulmasından şikayət edir?
“Mən sabiq bələdiyyə sədrinə torpaq almaq üçün müraciət etməmişəm” – deyə Oruc Məmmədov bildirib.
Nazim İsmayılov məktubunda qeyd edir ki, 29 dekabr 2006-cı il tarixli 499 nömrəli qərarında Oruc Məmmədova torpaq verilməsindən söz getmir.
Kavkaznews.az saytında İstintaq və Təhqiqat İdarəsində olan imkanlar yoxdur, amma biz Binəqədi Bələdiyyəsinin 29 dekabr tarixli 499 nömrəli qərarını tapdıq.
Həmin qərarda Alidə İsmayılovaya 600 kvadrat metr torpaq sahəsi verilməsindən söz açılmır.
Biz sabiq bələdiyyə sədri Natiq Məmmədovla da əlaqə saxladıq. N.Məmmədovun sözlərinə görə, o, heç vaxt Alidə İsmayılova adlı şəxsə torpaq verməyib: “Mən ümumiyyətlə belə adam tanımıram”.
adil-aliyevden-secim-degerlendirmesiBiz N.İsmayılovun məktubundan çıxış edərək, Binəqədi RİH-lə əlaqə saxladıq, çünki məktuba görə, həmin torpağı Adil Əliyevin qayınanası Qətibə Abdullayevaya Binəqədi RİH ayırıb.
Binəqədi RİH ictimai-siyasi şöbəsinin müdir müavini Rauf Həsənov Kavkaznews.az-a bildirib ki, S.S.Axundov küçəsi 20 “a” ünvanındakı torpaq sahəsi RİH-in balansında deyil.
“Belə halda RİH necə onun balansında olmayan torpaqda şadlıq evi tikməyə sərəncam verə bilər?” – deyə soruşduq.
“Mən bilmirəm, öyrənib zəng edərəm”, – deyə R.Həsənov bildirdi.
Təəssüf ki, R.Həsənovdan zəng gəlmədi.
Görəsən, N.İsmayılov hansı əsasla bəyan edir ki, Binəqədi Bələdiyyəsinin 29 dekabr 499 saylı qərarında Oruc Məmmədova torpaq ayrılması barədə qərar yoxdur?
Biz bu sualla Nazim İsmayılova müraciət etmək istədik, lakin bizimlə onun köməkçisi biildirdi ki, Nazim müəllim məşğul olduğuna görə, bizim sualımıza istintaq şöbəsinin rəisi Məmmədağa Əhmədov cavab verəcək.
“Məsələn bu hissəsinin bizə aidiyyatı yoxdur. Ona görə də, biz faktı araşdıran rayon prokurorluğuna müraciət etdik. Hazırda Binəqədi rayon prokurorluğunda araşdırma gedir”, – deyə M.Əhmədov bildirdi.
“O torpaq sahəsi RİH-ə aid olmadığı halda, Binəqədi RİH necə sərəncam verib?”, – deyə soruşduq.
“Bəli, bu qanunsuzdur, biz bu işi araşdırmaq üçün prokurorluğa göndərmişik”, – deyə M.Əhmədov cavab verib.
Kavkaznews.az mayın 12-də Adil Əliyevin özü ilə əlaqə saxlayıb.

“Oruc Məmmədovun dedikləri həqiqətə uyğun deyil. Mən onu ümumiyyətlə tanımıram”, – deyə deputat bildirib.

“BŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsinin rəisi Nazim İsmayılovun məktubunda deyilir ki, “Çıraq Palas” sizin qayınananıza məxsusdur”, – deyə jurnalist qeyd edib.
“Burda qeyri-adi nə var?”, – deputat təəcüblənib.
“Həmin məktubda şadlıq sarayının Binəqədi RİH-in sərəncamı əsasında tikildiyi göstərilir. Binəqədi RİH nümayəndəsi Rauf Həsənov isə o torpaq sahəsinin onların balansında olmadığını bildirib. İstintaq və Təhqiqat İdarəsinin şöbə rəisi Məmmədağa Əhmədov da bizə deyib ki, Binəqədi RİH-in qərarı qanunsuz olub”, – deyə aydınlıq gətirdik.
“Qanunsuz verilib, onda Oruc Məmmədov prokurorluğa müraciət etsin”, – deyə Adil Əliyev məsləhət verib.
R.Həsənoğlu

Kavkaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR