Dərbənddə silahlılarla atışma zamanı 3 polis ölüb

f7a32fd39bdddc10b91e57d6af6bdaa0Güc strukturlarının əməkdaşları yaraqlıların sığındığı binaya hücum etməyi qərar alıblar.

Silahlılar tərəfindən girov götürülən Dərbənd şəhərinin Cinayət-Axtarışı İdarəsinin rəisi Musa Musayev ölüb.

Oxu.Az İnterfax-a istinadən xəbər verir ki, onun ölümünə səbəb yaraqlılarla atışma zamanı aldığı ağır güllə yarası olub.

Agentliyin sözçüsünün məlumatına əsasən, onun ölümündən sonra güc strukturları silahlıların sığındığı binaya hücum etməyi qərar alıblar.

Qeyd edək ki. yaraqlılar Dərbənd şəhərinin sabiq icra başçısının atası Hacıəhməd Qazıəhmədovun qətlində şübhəli bilinirlər.

14:20

Dağıstanın Dərbənd şəhərində sabiq icra başçısının atası Hacıəhməd Qazıəhmədovun qətlində şübhəli bilinən şəxslərin saxlanılması üçün əməliyyat keçirilir.

Oxu.Az Life-a istinadən xəbər verir ki, şəhərdə baş verən atışma zamanı silahlılar 3 polis əməkdaşını yaralayıblar, həmçinin yerli Cinayət-Axtarışı İdarəsinin rəisi Musa Musayevi girov götürüblər.

Nəşrin məlumatına görə, şəhərin qədim hissəsinin yaxınlığında, əsasən azərbaycanlıların yaşadığı Qala küçəsində terror əleyhinə əməliyyat rejimi elan edilib.

Yaşayış binasının 5-ci mərtəbəsində sığınan bir qrup silahlı şəxslərlə polis arasında atışma baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları əvvəlcə mühasirəyə alınmış cinayətkarlara təslim olmağı təklif ediblər, lakin terrorçular bu təklifə avtomat silahlardan atəşlə cavab veriblər. Baş vermiş atışma nəticəsində 3 polis əməkdaşı yaralanıb.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR