Azərbaycanda hava pisləşəcək – XƏBƏRDARLIQ

62a7689a235c342cd08f0ac22fd2e0310c0b36e8_709Şimşək çaxacaq, leysan yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan ərazisində hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, mayın 19-u günün ikinci yarısından 21-i səhərədək Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, havanın temperaturunun mayın 20-də  4-7 dərəcə enəcəyi gözlənilir.

Mayın 18-i axşam şimal və qərb rayonlarından başlayaraq 21-i gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, əsasən gecə və axşam şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir.

Havanın temperaturu mayın 20-də 5-8 dərəcə aşağı enəcək. Ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR