Ayaz Əsgərov Qazax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
APA-nın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə o, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.