Xərçəng ən çox bu ölkələrdə yayılıb – MARAQLI

67746Beynəlxalq Xərçəngi Araşdırma Fondunun apardığı tədqiqatlar nəticəsində dünyada xərçəng xəstəliyinin ən çox yayıldığı ölkə müəyyənləşib.
Danimarkanı dünyanın xərçəng paytaxtı adlandırırlar. Burada hər 100 min insandan 326-da xərçəng xəstəliyi aşkarlanıb.
Moderator.az nüfuzlu “Deyli Teleqraf” qəzetinə istinadən xəbər verir ki, danimarkalı qadınların həddən ziyadə siqaret çəkmələri və alkoqollu içkilərin istifadəsi burada xərçəngi meydana gətirən əsas səbəbə çevrilib.
Hazırda xərçəng xəstəliyinin ən çox yayıldığı ölkələrin siyahısını hazırlayan fond bununla da bütün dünyanı təəccübləndirib.
Maraqlısı budur ki, bəşəriyyətin bəlası olan xərçəng kasıb ölkələrdə deyil, yaşayış səviyyəsinin yüksək olduğu dövlətlərdə daha çox yayılıb.
Beynəlxalq Xərçəngi Araşdırma Fondunun tədqiqatlarına əsasən Avropada Danimarka ilə bərabər İngiltərə, Fransa, Hollandiya, İtaliya kimi ölkələrdə də xərçəng Afrikanın ac-yalavac ölkələrindən daha çox yayılıb. ABŞ, Kanada, Avstraliya və Yeni Zellandiya da xərçəngin ən çox tüğyan etdiyi ölkələr siyahısındadır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR