Əli Laricani yenidən İran parlamentinin sədri seçildi

144238_res_01İran parlamentinin sədri postuna yenidən mühafizəkarların təmsilçisi olan Əli Laricani seçilib.

APA-nın verdiyi məlumata görə. Ə. Laricani 290 deputatdan 173-nün səsini qazanıb.

Ə. Laricaninin rəqibi islahatçıların təmsilçisi, keçmiş vitse-prezident Məhəmməd Reza Aref olub. İslahatçılarla mühafizəkarların mütləq üstünlüyə sahib olmadığı parlamentdə səsvermə zamanı müstəqil deputatlar həlledici rol oynayıblar.

Qeyd edək ki, İran parlamentinə seçkilər noyabr ayında keçirilib. Prezident Həsən Ruhaninin islahatlarını dəstəkləyən kursun tərəfdarları 143 yer qazanaraq parlamentdə ən böyük fraksiyaya çevrilib. Lakin islahatçılar parlamentdə mütləq çoxluğa nail ola bilməyib. Şənbə günü yeni parlament ilk iclasını keçirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR