Azərbaycanda istifadəyə yararlı çimərliklərin adları açıqlandı

goalNazirlik monitorinqlərin nəticəsini elan edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Azərbaycanda istifadəyə yararlı çimərliklərin adlarını açıqlayıb.

Bu barədə Oxu.Az-a nazirlikdən bildirilib.

Nazirlikdən verilən məlumata görə, Binəqədi rayonu ərazisində yerləşən “Novxanı”, Sabunçu rayonunda yerləşən “Pirşağı”, “Nardaran”, “Bilgəh”, Xəzər rayonunda yerləşən “Zaqulba”, “Buzovna”, “Mərdəkan”, “Şüvəlan”, Suraxanı ərazisində yerləşən “Hövsan” yay mövsümü ilə əlaqədar çimərlik kimi istifadəyə yararlıdır.

Bundan başqa, nazirliyin apardığı monitorinqlərin nəticəsinə görə, Sumqayıt, Qaradağ rayonu Sahil qəsəbəsinin “Sahil” və Səbail rayonunun “Şıx” çimərliklərində mikrobioloji çirklənmə dərəcəsi yüksək olduğundan istifadəyə yararsız hesab olunub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR