Bakıda məktəblərin saytı olacaq

46903Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan orta ümumtəhsil məktəblərinin vahid standart üzrə saytları yaradılır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) APA-nın sorğusuna cavabında bildirilib ki, valideynlər və ictimaiyyət bu saytlar vasitəsilə məktəbin fəaliyyəti, müəllim kollektivi, keçirilən tədbirlər, bilik yarışları haqqında məlumat ala biləcəklər.

2015-ci ilin yanvar ayından etibarən isə BŞTİ-nin tabeliyində olan orta ümumtəhsil məktəblərinin I sinfinə qəbul elektron qaydada aparılması üzərində iş gedir. Belə ki, valideynlər övladlarının təhsil alacağı məktəbi xüsusi sayt vasitəsi ilə seçəcək və lazım olan sənədləri elektron qaydada yükləyəcəklər.

Bu il I sinfə getmək üçün 23 658 nəfər qeydiyyatdan keçib. Qeydiyyat davam etdiyi üçün sayın artması gözlənilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR