İranla Ermənistan arasında viza rejimi ləğv edilir

194d79ca-946e-4abc-bbf9-77a02f952ee4_292 İranla Ermənistan arasında viza rejiminin ləğv edilməsi haqda saziş imzalanacaq

“Report” xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

İnformasiyaya əsasən, Ermənistan hökumətinin iyunun 2-də keçiriləcək iclasının gündəliyinə bu məsələ ilə bağlı sənədin layihəsi daxil edilib.

Həmin sənədə əsasən, Ermənistan və İran İslam Respublikasının vətəndaşları viza almadan bir ölkədən digərinə səfər edə və 90 gündən 180 günədək o biri ölkənin ərazisində qala biləcəklər.

Məlumata görə, razılaşma həm də iki ölkə arasında gələcəkdə iqtisadi, ticarət və başqa əlaqələrin güclənməsi və tənzimlənməsinə xidmət edəcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR