Oğru əməlinə belə haqq qazandırır – VİDEO

1464928392_0001Binəqədidə mağazadan göz görə-görə oğurluq etmək istəyən şəxs saxlanılıb. Satıcının az da olsa fikrinin yayınmasını görən arzuolunmaz alıcı bir top elektrik naqilini götürərək qaçıb. Yalnız bir neçə metr sonra təzəcə qaçmaq üçün sürət yığan Seymur Mirzəyevin qarşısını post patrul xidmətinin əməkdaşları kəsib.

ANS TV-nin məlumatına görə, hadisə Binəqədi rayon ərazisində baş verib. Tikinti materiallarının satışı mağazasına daxil olan şəxs satıcının fikrinin yayındığını görəndə vitrindən bir top elektrik naqilini götürərək aradan çıxıb.

Naqilləri götürən şəxs qaçmağa başlayanda isə onu ərazidə xidmət aparan Binəqədi rayon polis idarəsinin post patrul xidmətinin əməkdaşları yaxalamağa müvəffəq olublar. Saxlanılaraq istintaqa təhvil verilən Binə qəsəbə sakini 38 yaşlı Seymur Mirzəyev Daşdəmir oğlu peşman olmaq əvəzinə öz əməlinə haqq qazandıqmağa çalışıb.

Faktla bağlı cinayət işi başlanıb. İstintaq Seymur Mirzəyevin başqa bu kimi əməllərini araşdırır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR