Qazaxstanda silah satışı qadağan ediləcək

47586983Qazaxıstan hakimiyyəti Aktobe şəhərində terror aktından sonra ölkədə silah mağazalarının bağlanmasını təklif edib

XəzərXəbər-in məlumatına görə, bu barədə  “İnterfaks” agentliyi yazıb.

Hazırda silah mağazaları barədə  qanunvericilikdə dəyişikliklərə  baxılır.
 Xatırladaq  ki, ötən gün Aktobe şəhərində “Pallada” silah mağazası və Milli Qvardiyanın hərbi hissəsi hücuma məruz qalıb. Atışma nəticəsində 6 nəfər ölüb.   Şəhərdə antiterror əməliyyat rejimi elan edilmiş, müəssisələrin və ictimai nəqliyyatın işi dayandırmışdı.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR