Sumqayıtda dəhşət: Qadının qolu unitazın içində qaldı – VİDEO

1 (1)Xilasedicilər iki saat əməliyyat aparıblar.Ötən gün Sumqayıt şəhərində maraqlı hadisə baş verib. Qafqaznews.az “Xəzər xəbər”-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Sumqayıtda, 26-cı məhəllədə yataqxanada yaşayan 57 yaşlı Abutel Bağırovanın qolunun unitazın içində qalması barədə məlumat daxil  olub. Hadisə yerinə dərhal xilasedicilər gəlib. 57 yaşlı qadının qolu unitaza düşən açarını çıxarmaq istəyərkən sıxışıb.

Xilasedicilər xüsusi alət və avadanlıqların köməkliyi ilə qadının əlini xilas etməyə başlayıblar. 2 saat yarımdan sonra qadının qolu unitazdan çıxarılıb.

Xilasedicilər ilk dəfə belə halla qarşılaşdıqlarını qeyd ediblər.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR