Sələmçilər şəbəkəsində yeni adlar açıqlandı-FOTO

İsmayıl Ömərov mərhum qardaşının obyektlərini Fatma Yolçiyevadan ala bilməyib?

Bu yaxınlarda Qafqaznews.az saytında Fatma Yolçiyeva adlı sələmçi qadın və onun qurduğu şəbəkə barədə silsilə yazılar dərc olundu. Sudef Məcidov və Nadir Zeynalovun şikayətləndiyi, sələmə pul verərək əmlaklarını mənimsəməkdə günahlandırdığı Fatma Yolçiyevanın iş mexanizmi ilə bağlı araşdırmalar zamanı şəxsən özünün etirafları olan videoları da təqdim etmişdik. Qafqaznews.az-da yayımlanan videolardan belə nəticə hasil olur ki, bu qadın sözün əsl mənasında sələmçidir və həm də, bu oyunda tək deyil. O, müxtəlif instansiyalara rIsmail_Omarov_110209_1üşvət verdiyini etiraf edir, başqalarının pulu ilə “hərəkət etdiyini” deyərək, arxasında “görünməyən qüvvələrin” durduğuna işarə edir… Eyni zamanda, çox arxayındır. Vətəndaş hara şikayət etsə də, ona batan olmaz. Onun qurbanları sırasında İTV-nin sabiq rəhbəri İsmayıl Ömərovun qardaşı, mərhum Ələsgər Ömərovun da adı hallanır ki, o haqda da ən yaxın günlərdə Qafqaznews.az-da ətraflı məlumat dərc olunacaq.

Bu yaxınlardaIMG_1549-1-1-1-3-1 Qafqaz Xəbər Agentliyinə Cəlilabad sakini Nadir Zeynalov müraciət edib və obyektinin sələm fırıldağı ilə ələ keçirildiyini bildirib. Mayın 14-də Kafkaznews.az saytında “Sələmçi qadın cinayətkar şəbəkə yaradıb?”başlıqlı yazıda N.Zeynalovun şikayətini dərc etmişdik. N.Zeynalov F.Yolçiyevanın ona 10 min manat faizə pul ver13348916_1000601160006126_1156832624_n-1-1ərək obyektini “20 min manata alqı-satqı” kimi rəsmiləşdirməsini, indi isə obyekti qaytarmaq üçün 55 min manat tələb etdiyini bildirib. Zeynalov Nadir Hüseyn oğlundan savayı, redaksiyamıza iş adamı Sudef Məcidov müraciət etdi. O da F.Yolçiyeva tərəfindən sələm qurbanına çevrildiyini və Hüseynbala Əliyev 15 ünvanındakı obyektinin “girov” adıyla mənimsənildiyini bildirib. Sudef Məcidov redaksiyamıza Fatma Yolçiyeva ilə söhbətinin videosunu təqdim edib. Həmin videogörüntülərdə F.Yolçiyeva etiraf edir ki, həqiqətən də Sudef Məcidova sələmə pul verib, sonra obyekti öz adına keçirib. Fatma Yolçiyevaya bu işlərdə komək edənlərin də adları açıqlanıb.IMG_1596-1-1-1

Bir müddət əvvəl Fatma Yolçiyevaya yardım edən İradə Vəliyeva barədə yazı dərc etmişdik, hətta bizim redaksiyaya təqdim olunan videoda İradə Vəliyeva etiraf edir ki, o Fatma Yoçiyeva ilə əlbir olaraq Südef Məcidova Fatma Yoçiyeva tərəfindən verilən 200 min manatdan 30 min manatı şapka şəklində götürüləndə, o həmin puldan 10 min manat götürərək üç yerə bölüb. Yəni İradə Vəliyeva da bu işdə tək olmayıb. 10 min manat pulu “göygöz oğlan” deyə xatırladığı Vasif və Sima adlı bir xanımın arasında qazanc kimi bölüşüblər.13459677_1725765441016659_1923167731_n

İyunun 13-də isə şikayətçi vətəndaş Sudef Məcidov tərəfindən redaksiyamıza yeni məlumatlar daxil olub. Sudef Məcidov bildirib ki, Fatma Yolçiyeva ilk dəfə onların evlərinə gələndə onu “Gelandewagen” markalı avtomobildə oğlu gətirib. Sual yaranır ki, F.Yolçiyevanın heç bir yerdə işləməyən oğlu 280 minlik avtomobilə hansı pullarla sahib olub? Yəni Fatma Yolçiyevanın oğlu Yolçiyev Ramil Şərif oğlu ona bu işlərdə yardımçı olur.

13454054_1725765504349986_269011147_nBundan başqa Sudef Məcidov bildirb ki, yeni həbsdən azad olunan, özünü “Balakənli R13250497_993344894065086_660537489_n-2-1-1-1-1amil” kimi təqdim edən Qafarov Ramil  Vasif oğlu adlı şəxs Fatma Yolçiyevanı bir neçə il əvvəl İsmayıl Ömərovun qardaşı Ələsgər Ömərovla tanış edib. S.Məcidovun sözlərinə görə, F.Yolçiyeva həmin şəxs vasitəsilə ona dialoq təklif edib və Ramil Qafarov bildirib ki, “Fatma deyir, 300-400 min sənə verək, mətbuatdakı yazıları dayandır”. Əldə etdiyimiz məlumata görə, sabiq İTV rəhbəri İsmayıl Ömərov vaxtilə mərhum qardaşı Ələsgər Ömərova məxsus olan, lakin sonradan sələmçi Fatma Yolçiyeva tərəfindən mənimsənilən əmlakların bir çoxunu geri qaytara bilməyib. Bir sözlə bu məsələyə qayıtmağımızda məqsəd odur ki, bir daha məsələni hüquq mühafizə orqanlarının diqqətinə çatdıraq və bu məsələyə hüquqi qiymət verilməsi üçün, əlimizdə olan faktları bir daha xatırladaq. Fatma Yolçiyevanın dəstəsinin üzvləri bir-bir ifşa olunur. Araşdırmamız davam edir, bizi izləyin.

Sənan Məmmədli

Qafqaznews.az

IMG_1602 IMG_1605 IMG_1608

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR