Sələmçiləri ifşa edən Sudef Məcidova qarşı təzyiqlər başladı-FOTO

Безымянный copyFatma Yolçiyeva Nərimanov polisindəki  tanışlarından istifadə edərək Sudef Məcidovu susdurmaq istəyir?

13250497_993344894065086_660537489_n-2-1-1-1-1-3Bu yaxınlarda Qafqaznews.az saytında Fatma Yolçiyeva adlı sələmçi qadın və onun qurduğu şəbəkə barədə silsilə yazılar dərc olundu. Sudef Məcidov və Nadir Zeynalovun şikayətləndiyi, sələmə pul verərək əmlaklarını mənimsəməkdə günahlandırdığı Fatma Yolçiyevanın iş mexanizmi ilə bağlı araşdırmalar zamanı şəxsən özünün etirafları olan videoları da təqdim etmişdik. İyunun 16-da isə redaksiyamızla əlaqə saxlayan zərərçəkmiş Sudef Məcidov bildirib ki, bu gün ona özünü Nərimanov RPİ-nin təhqiqatçısı Nadir Rzayev kimi təqdim edən şəxs zəng edib.S.Məcidovun sözlərinə görə, təhqiqatçı bildirib ki, Yolçiyeva Fatma Məhəmməd qızı onun barəsində polisə şikayət edib.İyunun 17-də saat 10: 00-da Məcidov Sudef Nərimanov RPİ-yə dəvət olunub.

S.Məcidov qeyd edib ki, F.Yolçiyevanın onu şərləyərək həbs etdirməsi ehtimalından narahatdır.13348916_1000601160006126_1156832624_n-1-1

Biz özümüz araşdırma zamanı öyrəndik ki, sözügedən təhqiqatçı Nadir Rzayev yox, Nadir Rzazadədir. Onun Sudef Məcidovla telefon söhbətinin səs yazısına diqqət edərkən məlum oldu ki, Fatma Yolçiyeva Sudef Məcidovu “ölümlə təhdid etməkdə və sosial şəbəkələrdə videolarını yaymaqda” ittiham edir.

Lakin təhqiqatçı bunu birbaşa ittiham kimi səsləndirir: “Onu ölümlə hədələyirsiniz, bir də onun haqqında sosial şəbəkələrdə videolar yaymısınız. Aydın oldu?”.

Sudef Məcidov ondan məsələ ilə maraqlanıb-maraqlanmadığını soruşduqda isə Nadir Rzazadə qəti şəkildə “Sabah 10 tamamda gəlin” deyir. Sələmçilər tərəfindən növbəti böhtanla üzləşən Sudef Məcidov isə təəccüb edir ki, 2 aydır onun şikayətinə baxan yoxdur, amma Fatma Yolçiyevanın ərizəsi dərhal icraata götürülür?

Buna görə də, qabaqcadan ictimaiyyətə xəbərdarlıq edirik. F.Yolçiyeva özü sələmə pul verdiyini etiraf edirsə, hüquq mühafizə orqanlarının onu “zərərçəkmiş” kimi qələmə verməyəcəyinə ümid edirik. Xatırladaq ki, ölümlə təhdid etmək cinayət xarakterli əməl olduğu qədər, başqasına da belə bir böhtan atmağın özü publika.az1408375170ismayil-omerovcinayət əməlidir.

Qafqaznews.az-da yayımlanan videolardan belə nəticə hasil olur ki, bu qadın sözün əsl mənasında sələmçidir və həm də, bu oyunda tək deyil. O, müxtəlif instansiyalara rüşvət verdiyini etiraf edir, başqalarının pulu ilə “hərəkət etdiyini” deyərək, arxasında “görünməyən qüvvələrin” durduğuna işa13454054_1725765504349986_269011147_n-2rə edir… Onunla yaxın olan İradə Vəliyeva adlı şəxs də etiraf edib ki, F.Yolçiyevanın qurbanları sırasında İTV-nin sabiq rəhbəri İsmayıl Ömərovun qardaşı, mərhum Ələsgər Ömərov da olub. İ.Vəliyeva sələmdə vasitəçilik etdiyinə görə, Vasif və Sima adlı şəxslərlə birlikdə “komisyon” pay götürdüklərini də bildirib.

Ə.Ömərovun F.Yolçiyeva tərəfindən sələm oyununa salınması haqda da ən yaxın günlərdə Qafqaznews.az-da ətraflı məlumat dərc olunacaq. Sudef Məcidov bildirib ki, Fatma Yolçiyeva ilk də13459677_1725765441016659_1923167731_n-1fə onların evlərinə gələndə onu “Gelandewagen” markalı avtomobildə oğlu gətirib. Sual yaranır ki, F.Yolçiyevanın heç bir yerdə işləməyən oğlu 280 minlik avtomobilə hansı pullarla sahib olub? Yəni Fatma Yolçiyevanın oğlu Yolçiyev Ramil Şərif oğlu ona bu işlərdə yardımçı olur. Həmçinin, “Balakənli Ramil” kimi tanınan  Qafarov Ramil  Vasif oğlu adlı şəxsin də F.Yolçiyeva ilə əlbir olduğu deyilir. Həmçinin qeyd edək ki, F.Yolçiyevanın əlaqələrinin “Günaybank”a qədər uzanması ilə bağlı da bir sıra məlumatlar əldə etmişik. Bu barədə yaxın günlərlə ətraflı yazacağıq.

Araşdırmalarımız davam edir.

Sənan Məmmədli

Qafqaznews.az

IMG_1542-1-2-1-2-2

 

IMG_1596-1-1-1

IMG_1602 IMG_1605 IMG_1608

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR