ANS rəsmisi: Qudurublar, hamısı aparıcı olmaq istəyir

26e8d11a550f“Bu, yaxşı hərəkət deyil”.

ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov son günlər telekanalın bəzi tanınmış simalarının televiziya ilə yollarını ayırması məsələsinə münasibət bildirib.

Oxu.Az-a müsahibə verən telekanal rəsmisindən ilk növbədə əməkdar jurnalist Ləman Ələşrəfqızının iş yerini hansı səbəbdən tərk etməsinə aydınlıq gətirməyini xahiş etdik.

“Ləman hörmətli jurnalistimizdir. Dünən bir əməkdaşımızla mübahisə edərək ağlayıb. Deyib ki, işdən çıxıram. Baş redaktorumuz isə onu sakitləşdirərək hər şeyi yoluna qoymağa çalışıb. Lakin Ləman bir neçə gün evdə olacağını, işə gəlməyəcəyini bildirib.

Ləman ilə işimiz yoxdur. O, yeganə adamdır ki, ötən il səlahiyyətli qurumlardan ona “Əməkdar jurnalist” adını verməyi xahiş etmişik. Pis etməmişik ki?!

İndi kiminləsə dalaşıb, özündən çıxıb, sosial şəbəkədə o cür yazı yazıb, özü bilər.Amma Ləman Ələşrəfqızı nə zaman geri qayıtsa, onu qəbul etməyə hazırıq”, – deyə Məmmədov açıqlama verib.O, həmçinin telekanalın digər əməkdaşları – aparıcılar Kəmalə Əlisgəndərqızı, Natiq Nailəoğlu və Tünzalə Rafiqqızının da ANS-i tərk etmələri ilə bağlı danışıb.Mais Məmmədovun sözlərinə görə, Kəmalə Əlisgəndərqızı öz istəyi ilə telekanaldan ayrılıb:“Ona dedik ki, müxbir çatışmır, sən işlə. Bizə söylədi ki, “mən müxbir işləmək istəmirəm, aparıcı olmaq istəyirəm”.

Qudurublar, hamısı aparıcı olmaq istəyir. Bu, yaxşı hərəkət deyil. Sabah biz küçədə görüşəndə necə salam verəcəklər?”.

Mais Məmmədov sonda Natiq Nailəoğlu ilə Tünzalə Rafiqqızının işdən konkret hansı səbəbdən uzaqlaşmaları barədə dəqiq məlumatı olmadığını vurğulayıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR