İlham Əliyev: “Aprel döyüşləri Ermənistan rəhbərliyinə yaxşı dərs oldu”

2663933b4e665b042451a9215ceca5ffErmənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həll olunması ilə bağlı konkret addımların atılmasının vaxtı çatıb, vasitəçilər də anlamalıdırlar ki, bu münaqişə dondurulmuş deyil.

“Report” xəbər verir ki, bunu iyunun 17-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında açdığı iftar süfrəsində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bu ümummilli məsələnin həllində dini konfessiyaların nümayəndələri də daxil olmaqla bütün vətəndaşlarımızın bir nöqtəyə vurduqlarını bildirib. Prezident İlham Əliyev aprel döyüşlərinin Ermənistan rəhbərliyinə yaxşı dərs olduğunu və Azərbaycanın qazandığı üstünlüyü heç vaxt əldən verməyəcəyini xatırladıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR