“Bu ana görə çox sağol”

72051Fransanın keçmiş birinci xanımı Valeri Trierveyler prezident Fransua Olandan ayrılmasının səbəblərini ictimaiyyətə açıqlamaq fikrinə düşüb. Bugündən etibarən Fransanın kitab mağazalarına onun yazdığı “Bu ana görə çoxsağol” (Merci pour ce moment) adlı avtobioqrafik kitabı satışa çıxır. Peşəsi jurnalist olan Trierveyler kitabında Fransua Oland və onun gənc aktrisa Culye Qayetlə gizli sevgi əlaqələri barədə danışır.

Ötən yanvar ayında Olandın “məşuqəsinin” ortaya çıxmasından sonra “birinci xanım” Yelisey Sarayını tərk etmişdi. Trierveylerin yeni kitabından bəzi parçalar jurnalistin çalışdığı Paris Mətç jurnalında çərşənbə günü nəşr olunub. Jurnalın redaktoruna görə, Trierveyler bu kitabı nəşr etdirməklə, ictimaiyyətə qalmaqalla bağlı öz versiyasını çatdırmağa çalışıb.

Fransada prezidentin aktrisa Qayet sevgi əlaqələri haqqında məqalə dərc olunduqdan 2 həftə sonra Oland birinci xanımdan ayrılıb.

Qeyd edək ki, Oland, Trierveylerlə 2007-ci ildə birgə yaşasa da, onları rəsmi nikahı olmayb. Bununla belə ayrılana qədər rəsmi səfərlərində Olandı müşayət edib və ölkənin “birinci xanımı” vəzifələrini yerinə yetirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR