“Baku Steel Company”dəki partlayışda xəsarət alan fəhlələrdən biri artıq işə çıxır

zavod“Baku Steel Company” MMC-də baş verən partlayışla bağlı cinayət işi başlanıb.   Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.   Qeyd edək ki, iyunun 30-u axşam saatlarında “Baku Steel Company” MMC-də partlayış baş verib. Nəticədə zavodun işçiləri – 1951-ci il təvəllüdlü Ələsgər Ələsgərov, 1970-ci il təvəllüdlü Elsevər İbadullayev, 1971-ci il təvəllüdlü Məmməd Kərimov, 1959-cu il təvəllüdlü Nüsrəddin Səfərov və 1982-ci il təvəllüdlü Natiq Salmanov xəsarət alıb (APA). Rəsmi məlumatda fəhlələrin xəsarət almasının səbəbləri açıqlanmayıb. Təcili Yardım Xidmətinin rəisi Rauf Nağıyev Legion.az-a bildirib ki, “Bakı Steel Company”nin özünün təcili yardım xidməti var. Onlar sadəcə bizdən kömək istədilər, biz də kömək elədik”, – deyə R.Nağıyev qeyd edib. “İşçilər nədən xəsarət alıb?”, – deyə soruşduq.“Onların üzərinə metaləritmə üçün istifadə olunan məhlul sıçrayıb”, – deyə R.Nağıyev cavab verib. Legion.az baş verənlərə aydınlıq gətirmək üçün öz araşdırmasını aparmağa qərar verdi.

Bu məqsədlə, biz Nərimanov Rayon Polis İdarəsinə (RPİ) zəng etdik.Lakin Nərimanov RPİ-dən Legion.az-a bildirdilər ki, partlayış barədə onların məlumatı yoxdur.

Respublika Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov cinayət işinin qaldırılması faktını təsdiqlədi.“Baş verən hadisənin bütün şərtlərini araşdırmaq məqsədi ilə, istintaq tədbirləri davam etdirilir”, – deyə E.Sultanov qeyd etdi.Legion.az saytı xəsarət alan fəhlələrdən biri olan Elsevər İbadullayevlə əlaqə saxladı.İbadullayev bizə bildirdi ki, o, tamamilə sağlamdır.“Partlayış vaxtı mən tüstü udmuşdum. Şirkətin özünün tibbi yardım xidməti var. Mənə lazımi köməyi göstərdilər. Hazırda hər şey qaydasındadır”, – deyə E.İbadullayev cavab verdi.O, artıq işə çıxdığını qeyd etdi.Onun sözlərinə görə, “Baku Steel Company”də əmək təhlükəsizliyi məsələlərinə xüsusi diqqət yetirilir.vekil

“Hər gün briqadirlər bizimlə müvafiq instruktaj keçirlər və bizdən bu instruksiyaları anlamağımızla bağlı yazılı qeyd götürürlər. Həftədə bir dəfə isə instruktajı sahə rəisləri həyata keçirir”, – deyə İ.İbadullayev əlavə etdi. Hüquqşünas Azər Quliyev Legion.az-a bildirdi ki, çox zaman iş prosesində zərər çəkən fəhlələr işəgötürənin təsiri altında həkimə müraciət etmirlər və “tamamilə sağlam olduqlarını” bəyan edirlər.

A.Quliyevin sözlərinə görə, bu fəhlələr iki-üç ildən sonra da KİV-ə müraciət edib: “Və deyirlər ki, bəs onları aldadıblar, indi də kömək lazımdır”.

Mahmud Suanlı

Legion.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR