“Chrome”da virtual reallıq rejimi olacaq

c2142150857288e32bc96f55f0be21cd“Google” şirkəti özünün “Chrome” brauzerinin mobil versiyasına virtual reallıq (VR) rejimində izləmək imkanı əlavə etməyi planlaşdırır.

İKT.lent.az-ın “runews24.ru” saytına istinadən verdiyi məlumata görə, yenilik mobil cihazları “WebVR”ə uyğun tərtib edilmiş VR portallarla uyğunlaşdıracaq.

Yaxın vaxtlarda istifadəçilər kontentləri VR-eynəklərin köməyi ilə izləmək imkanı əldə edəcəklər. Qeyd edilir ki, bu rejimdə izləmək “WebVR” dəstəkləməsindən asılı olmayaraq, mümkün olacaq. Artıq şirkət virtual reallıq sahəsində bir neçə istiqamətdə tərtibatlar hazırlamağa başlayıb.
Hələ ki brauzerdə virtual reallıq rejimi fəaliyyət göstərmir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR