Azimport şirkətindən məktub

скачанные файлы (1)KİV üçün məlumat

Son günlər “qafqaznews.az” internet resursu yenidən “Azİmport” MMC-nin fəaliyyətinə kölgə salmaq niyyəti güdən, həqiqəti əks etdirməyən məlumatlar yaymağa başlayıb.
Əvvəla, keçmiş Dövlət Bayrağı Kompleksinin sabiq rəisi Rəşad Məmmədovun “Azİmport” un da sahibi olduğunu iddia edən müəllif, görünür, həmin yanlış məlumatı şirkətin dəfələrlə rəsmi şəkildə təkzib etdiyindən xəbərsizdir.
Hərçənd, mətbu və elektron KİV-də bu barədə dəfələrlə yayımlanmış məlumatı onun gözdən qaçırdığını güman etmirik.
Amma heç bunun da eybi yoxdur. Bunula belə, bir daha təkrarlamağı vacib sayırıq ki, dövlət qulluğunda işə başladığı 2011-ci ildən Rəşad Məmmədovun “Azİmport”la bütün hüquqi əlaqələrinə xitam verilib.

Müəllifin “haqqın.az” saytında ötən il getmiş məlumata istinad edərək, AzImport şirkətinin guya Buzovna qəsəbəsində binaları “riskli materiallarla üzlədiyini” bir il sonra yenidən “aktuallaşdırmaq” cəhdinin də qərəzkarlıqdan başqa bir şey olmadığı şübhəsizdir.
Çünki elə həmin “haqqın.az” saytı bu il iyunun 23-də “Azİmport”un Buzovnada binaların yenidən üzlənməsi ilə bağlı fəaliyyəti barədə obyektiv məlumat yayıb (http://haqqin.az/news/73496).
Yəni “qafqaznews.az”ın “legion.az”dan olan (?) müxbiri öz işinə peşəkarlıqla yanaşıb xırda bir araşdırma aparsaydı, özü də bu məlumatı görə bilərdi.
Yəni “qafqaznews.az”ın “legion.az”dan olan (?) müxbiri öz işinə peşəkarlıqla yanaşıb xırda bir araşdırma aparsaydı, özü də bu məlumatı görə bilərdi.

Çünki özünü əziyyətə salıb, ilkin mənbədən, “Azİmport”un məsul əməkdaşından faktı dəqiqləşdirməyə çalışıb və Buzovnada bəzi binaların yenidən üzlənməsi ilə bağlı vəziyyəti öyrənib.
Bununla belə, yenə öz “amplua”sından kənara çıxmayaraq, necə olursa-olsun, şirkətin gördüyü işi şübhə altına salmaq niyyətini göstərib.
Yanlış məlumatları günlərlə özünün “əsas səhifəsi”ndə saxlayan saytın daha hansı niyyətlər güddüyünü müasir Azərbaycan mediasının üzqarası olan “reket jurnalistikası”nın “təzyiq metodları”na bələd olanlar yaxşı bilirlər.
Yeri gəlmişkən deyək ki, belə “internet reket”lərindən biri bu günlərdə hüquq-mühafizə orqanları tərəfindən ifşa edilərək həbsə alınıb.

Başqalarının da həmin taleni yaşayacağı istisna deyildir…
İctimaiyyətlə əlaqələr şöbəsi bir daha jurnalistləri diqqətli olmağa, yanlış və dəqiqiləşdirilməmiş fakt və məlumatları yaymamağa çağıraraq bildirir ki, şirkətin fəaliyyəti barədə vətəndaşları və media nümayəndələrini maraqlandıran suallara cavab verməyə hazırdır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR