Üzr istəməyin vaxtı çatdı, “Azimport” rəhbərliyi!

rufatBu günlərdə Qafqaz Xəbər Agentliyinin nəzdindəki Legion.az saytında “Azimport” şirkətinin Buzovnadakı müəmmalı üzləmə işləri barədə məqalə dərc olunmuşdu. Araşdırma zamanı məlum olmuşdu ki, “Azimport” şirkəti həmin ərazidəki binalarda üzləmə işləri üçün tender qazanmayıb. Bunu isə bizim əməkdaş yox, məhz “Azimport” şirkətinin nümayəndəsi bildirib. Belə olduğu halda, günah bizdən keçmişdi… Yəni, növbə artıq hüquq mühafizə orqanlarına təhvil verilmişdi. Çox mümkün ki, bu məsələ Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırıla bilər… Hər halda, bizim əməkdaş öz peşə borcunu layiqincə yerinə yetirmişdi.

Lakin ya Rəşad Məmmədovun azadlığa çıxmasından sonra yaranan eyforiya, ya da “Azimport” şirkətinin rəhbərliyində müstəqil mətbuata qarşı olan kompleks bu yazıyla bağlı da mənfi reaksiya doğurdu. Əlbəttə ki, cəmiyyətdə yox, məhz şirkətin özündə.

“Azimport” rəhbərliyi utanmadan bizi “reketlik”də ittiham etdi. Necə ki, Rəşad Məmmədovun qaynı Azər Əsgərov fevral ayında Qafqaznews.az-a danışan vəkil Ramiz Zeynalovu məhkəməyə vermiş, lakin bu cəhdi də uğursuzluğa düçar olmuşdu. Beləliklə, Qafqaz Xəbər Agentliyinin direktoru Araz Məmmədovun da öz köşəsində yazdığı kimi, “Azimport”un Legion.az-a etiraz bəyanatında kin-küdurət və qisas elementləri özünü göstərdi. Bəyanat müəllifi və ya müəllifləri (ola bilər ki, bu bəyanatı bir neçə nəfər “obşak” şəklində yazıb, amma əllərindən-gözlərindən bir şey gəlməyib – red.) inadla Legion.azQafqaznews.az-ı cəmiyyətin fikrini azdırmaqda günahlandırıb. Bilmirəm, bu gün sizi mətbuatda neçə nəfər dəstəkləyir və niyə dəstəkləyir…

Amma vaxtilə, sizin haqqınızda ən hədyan iddialar yayan adamlara bir söz deyə bilmirsiniz və hirsinizi bizdən çıxırsınızsa, sizə ancaq gülmək olar. Görün, burda şair nə deyir? Şair deyir ki: Jurnalistlər eyni cür olmur, atam balası! Namərdi var, comərdi var… Vaxtilə üç min manata saytdan yazı çıxaran birinin, maliyyəsi kəsilən kimi, üç yüz manata sevinməsi də var!.. Xatırladaq ki, “Azimport” tərəfindən maaşı verilməyən işçilərin problemi məhz geniş şəkildə Qafqaz Xəbər Agentliyi tərəfindən qabardıldı.

Məhz bu yazılardan sonra da, həmin işçilər öz maaşlarını ala bildilər. Bunun nəyi pisdi ki? Əlbəttə, kimin cibindən pul gedirsə, ancaq ona pis ola bilər. Ramiz Zeynalov bizə danışdıqdan sonra, elə fevral-mart aylarında onun barəsində iyrənc dezinformasiyalar yayıldı. Dəqiq deyə bilmərəm, bu dezinformasiyaları kim yaymışdı… amma “həyatda təsadüflər olmur” məsəlini də yada salsaq, bu dezinformasiyaların mənbəyi barədə təsəvvürümüz yaranar. Belə deyək, Qafqaz Xəbər Agentliyinin ünvanına atılan böhtanı sübut etmək, ya da üzr istəmək üçün verilmiş vaxt – üç gün müddəti artıq bitib. Deməli, “Azimport”un bizə elan etdiyi “müharibə” də davam edir. Əlbəttə, biz özümüzü müdafiə etməyi də, əks-hücum zərbələri endirməyi də yaxşı bacarırıq. Daha bir xatırlatma da verim ki, özü mətbuatda “reketlik” ittihamlarıyla üz-üzə qalan bir şirkətin başqalarını “reketlik”də ittiham etməsi çox gülüncdür. Odur ki, hörmətli “Azimport” rəhbərliyi! Üzr istəməyin vaxtı çatıb… Amma yenə də, özünüz bilərsiniz. Hər xırda səhvinizdə bizi yada salın və kədərlənin!..

Sözardı: Bundan əvvəl bizə böhtan atanların bəziləri indi zirzəmi kafelərdə 50-50 kövrəlməklə məşğuldur… Əlbəttə ki, “bizimlə heç kim bacarmaz” deyəcək qədər eqoya qapılmamışıq, sadəcə… qoy mətbuatın səhvləri barəsində boğaza qədər zibilin içində olmayanlar danışsın. Onda bu söhbətlər də daha səmimi görünər.

Rüfət Əhmədzadə

Qafqaznews.az
Mövzuya dair linklər:

http://legion.az/9602–azimport-r%C9%99hb%C9%99rliyind%C9%99-t%C9%99hqir%C9%99-qar%C5%9F%C4%B1-t%C9%99l%C9%99bat-yaran%C4%B1b-reaks%C4%B0ya.html

http://legion.az/9599–azimport–b%C3%B6htana-g%C3%B6r%C9%99-cavab-verm%C9%99lidir.html

http://qafqaznews.az/2016/07/azimport-buzovnada-binalarin-uzl-nm-si-ucun-tender-udmayib/ http://qafqaznews.az/2016/07/139584/

http://qafqaznews.az/2015/11/m-k-muf-ttisliyi-azimport-un-m-ll-rini-ortur/

http://qafqaznews.az/2015/05/ih-nin-sob-mudiri-azimport-v-kilin-mlakini-dagidib/
http://qafqaznews.az/2015/03/azimport-basqasinin-mlakini-dagidir/
http://qafqaznews.az/2016/06/dovl-t-m-k-muf-ttisliyinin-laqeydliyi-r-sad-m-mm-dovun-azad-edilm-sin-s-b-b-oldu/
http://qafqaznews.az/2016/02/taninmis-v-kild-n-ali-m-hk-m-s-drin-ittiham-r-sad-m-mm-dovu-o-buraxacaq/
http://qafqaznews.az/2016/01/r-sad-m-mm-dov-ic-ri-d-n-hansi-m-murlara-x-b-r-gond-rdi/
http://qafqaznews.az/2015/05/baki-sih-il-maklerl-rin-isbirliyi-video-foto/
http://qafqaznews.az/2015/05/r-sad-m-mm-dovun-sag-li-g-nc-y-uzanib/

http://qafqaznews.az/2015/05/boss-l-q-bli-aynur-xanim-kimdir/

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR