Sudef Məcidov: “İnanıram ki, cənab nazir Ramil Usubov sələmçilər şəbəkəsi ilə bağlı şikayətimin araşdırılmasını öz nəzarətində saxlayacaq”
İyunun 18-də Qafqaznews.az və Legion.az saytlarında “Sələmçilər tərəfindən müflis edilən vətəndaş Prezidentə müraciət etdi” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda bildirilirdi ki, Fatma Məhəmməd qızı Yolçiyeva və onun rəhbərlik etdiyi sələmçilər şəbəkəsini ifşa edən Sudef Hacıbala oğlu Məcidov dövlət başçısı İlham Əliyevə müraciət etməyə qərar verib. O, müraciətin surətini Qafqaz Xəbər Agentliyinə də göndərmişdi. S.Məcidov dövlət başçısına müraciətində onu aldadaraq əmlakını mənimsəyən, vətəndaşlara faizə pul verərək onları iflas həddinə çatdıran Fatma Yolçiyevanın cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdi. Xatırladaq ki, S.Məcidov Qafqaz Xəbər Agentliyinə Fatma Yolçiyevanın və onun əlaltısı İradə Vəliyevanın da etirafları olan videogörüntüləri təqdim etmişdi.
İyulun 13-də vətəndaş Sudef Məcidov LEGİON.AZ-la əlaqə saxlayaraq, dövlət başçısına etdiyi müraciətin artıq hüquq mühafizə orqanları tərəfindən araşdırıldığını bildirdi. “Mənim məktubum DİN-ə göndərilib, ordan isə araşdırılması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə həvalə olunub. İyulun 11-də DİN Baş MCMİ-nin İstintaq Şöbəsinin rəis müavini Fikrət Quliyevin qəbulunda oldum, məsələ ilə bağlı ifadə verdim. Fikrət Quliyev bildirdi ki, Fatma Yolçiyevanı da çağıraraq, onun ifadəsini alacaq. Mən ona bildirdim ki, Qafqaz Xəbər Agentliyinin sa
ytlarında bu istiqamətdə apardığı araşdırmaları oxuyub məsələ ilə daha yaxından tanış ola bilər. Fikrət Quliyev isə dedi ki, hələ o mərhələyə çatmamışıq”, – deyə S.Məcidov qeyd etdi. O, əmlakını mənimsəyən sələmçilərin əməllərinə obyektiv hüquqi qiymət veriləcəyinə inandığını əlavə etdi. “İnanıram ki, cənab nazir Ramil Usubov sələmçilər şəbəkəsi ilə bağlı şikayətimin araşdırılmasını öz nəzarətində saxlayacaq. Sizin vasitənizlə də bir daha bildirirəm ki, sələmçilik yoluyla Fatma Yolçiyeva tərəfindən mənimsənilən mülkiyyətimin geri qaytarılmasını tələb edirəm”, – deyə S.Məcidov vurğuladı.
Xatırlatma: Bu yaxınlarda Qafqaznews.az saytında Fatma Yolçiyeva adlı sələmçi qadın və onun qurduğu şəbəkəbarədə silsilə yazılar dərc olundu. Sudef Məcidov və Nadir Zeynalovun şikayətləndiyi, sələmə pul verərək əmlaklarını mənimsəməkdə günahlandırdığı Fatma Yolçiyevanın iş mexanizmi ilə bağlı araşdırmalar zamanı şəxsən özünün etirafları olan videoları da təqdim etmişdik. Qafqaznews.az-da yayımlanan videolardan belə nəticə hasil olur ki, bu qadın sözün əsl mənasında sələmçidir və həm də, bu oyunda tək deyil. O, müxtəlif instansiyalara rüşvət verdiyini etiraf edir, başqalarının pulu ilə “hərəkət etdiyini” deyərək, arxasında “görünməyən qüvvələrin” durduğuna işarə edir… Eyni zamanda, çox arxayındır ki,vətəndaş hara şikayət etsə də, ona batan olmaz. Onun qurbanları sırasında İTV-nin sabiq rəhbəri İsmayıl Ömərovun qardaşı, mərhum Ələsgər Ömərovun da adı hallanır ki, o haqda da ən yaxın günlərdə Qafqaznews.az-da ətraflı məlumat dərc olunacaq. Bu yaxınlarda Qafqaz Xəbər Agentliyinə Cəlilabad sakini Nadir Zeynalov müraciət edib və obyektinin sələm fırıldağı ilə ələ keçirildiyini bildirib. Mayın 14-də Kafkaznews.az saytında “Sələmçi qadın cinayətkar şəbəkə yaradıb?” başlıqlı yazıda N.Zeynalovun şikayətini dərc etmişdik. N.Zeynalov F.Yolçiyevanın ona 10 min manat faizə pul verərək obyektini “20 min manata alqı-satqı” kimi rəsmiləşdirməsini, indi isə obyekti qaytarmaq üçün 55 min manat tələb etdiyini bildirib. Zeynalov Nadir Hüseyn oğlundan savayı, redaksiyamıza iş adamı Sudef Məcidov müraciət etdi.
O da F.Yolçiyeva tərəfindən sələm qurbanına çevrildiyini və Hüseynbala Əliyev 15 ünvanındakı obyektinin “girov” adıyla mənimsənildiyini bildirib. Sudef Məcidov redaksiyamıza Fatma Yolçiyeva ilə söhbətinin videosunu təqdim edib. Həmin videogörüntülərdə F.Yolçiyeva etiraf edir ki, həqiqətən də Sudef Məcidova sələmə pul verib, sonra obyekti öz adına keçirib. Fatma Yolçiyevaya bu işlərdə komək edənlərin də adları açıqlanıb. Bir müddət
əvvəl Fatma Yolçiyevaya yardım edən İradə Vəliyeva barədə yazı dərc etmişdik, hətta bizim redaksiyaya təqdim olunan videoda İradə Vəliyeva etiraf edir ki, o Fatma Yoçiyeva ilə əlbir olaraq Südef Məcidova Fatma Yolçiyeva tərəfindən verilən 200 min manatdan 30 min manatı şapka şəklində götürüləndə, o həmin puldan 10 min manat götürərək üç yerə bölüb. Yəni İradə Vəliyeva da bu işdə tək olmayıb. 10 min manat pulu “göygöz oğlan” deyə xatırladığı Vasif və Sima adlı bir xanımın arasında qazanc kimi bölüşüblər.
İyunun 13-də isə şikayətçi vətəndaş Sudef Məcidov tərəfindən redaksiyamıza yeni məlumatlar daxil olub. Sudef Məcidov bildirib ki, Fatma Yolçiyeva ilk dəfə onların evlərinə gələndə onu “Gelandewagen” markalı avtomobildə oğlu gətirib. Sual yaranır ki, F.Yolçiyevanın heç bir yerdə işləməyən oğlu 280 minlik avtomobilə hansı pullarla sahib olub? Yəni Fatma Yolçiyevanın oğlu Yolçiyev Ramil Şərif oğlu ona bu işlərdə yardımçı olur. Bundan başqa Sudef Məcidov bildirb ki, yeni həbsdən azad olunan, özünü “Balakənli Ramil” kimi təqdim edən Qafarov Ramil Vasif oğlu adlı şəxs Fatma Yolçiyevanı bir neçə il əvvəl İsmayıl Ömərovun qardaşı Ələsgər Ömərovla tanış edib.
S.Məcidovun sözlərinə görə, F.Yolçiyeva həmin şəxs vasitəsilə ona dialoq təklif edib və Ramil Qafarov bildirib ki, “Fatma deyir, 300-400 min sənə verək, mətbuatdakı yazıları dayandır”. Əldə etdiyimiz məlumata görə, sabiq İTV rəhbəri İsmayıl Ömərov vaxtilə mərhum qardaşı Ələsgər Ömərova məxsus olan, lakin sonradan sələmçi Fatma Yolçiyeva tərəfindən mənimsənilən əmlakların bir çoxunu geri qaytara bilməyib. Bir sözlə bu məsələyə qayıtmağımızda məqsəd odur ki, bir daha məsələni hüquq mühafizə orqanlarının diqqətinə çatdıraq və bu məsələyə hüquqi qiymət verilməsi üçün, əlimizdə olan faktları bir daha xatırladaq.
Rüfət Əhmədzadə
LEGİON.AZ
Mövzuya aid linklər:
http://qafqaznews.az/2016/05/s-l-mci-fatma-yolciyevaya-vasit-cilik-ed-n-qadinin-etiraflari-video/
http://qafqaznews.az/2016/06/fatma-yolciyeva-m-nims-diyi-obyektl-ri-satisa-cixardi-t-cili/
http://qafqaznews.az/2016/06/v-t-ndaslari-muflis-ed-n-s-l-mci-fatma-yolciyeva-kimin-adamidir-video/
http://qafqaznews.az/2016/05/huquq-muhafiz-orqanlarinda-s-l-mci-fatma-yolcuyevani-kim-himay-edir/
http://qafqaznews.az/2016/06/s-l-mcil-r-t-r-find-n-muflis-edil-n-v-t-ndas-prezident-muraci-t-etdi/
http://qafqaznews.az/2016/06/s-l-mcil-ri-ifsa-ed-n-sudef-m-cidova-qarsi-t-zyiql-r-basladi/
http://qafqaznews.az/2016/06/134166/
http://qafqaznews.az/2016/06/s-l-mcil-rd-n-dolya-alan-m-murlar-hakiml-r-v-polisl-r-movqe/
http://qafqaznews.az/2016/06/131479/
http://qafqaznews.az/2016/05/s-l-mcil-r-s-b-k-sinin-sima-si-ozunu-ifsa-etdi-video/
http://qafqaznews.az/2016/05/s-l-mci-qadin-notariusa-bohtan-atib/
http://qafqaznews.az/2016/05/s-l-mci-qadin-cinay-tkar-s-b-k-yaradib/