Adil Əliyev həm Qarabağ qazisinin torpağını zəbt edir, həm də asfalt çəkdirir?


adil
Oruc Məmmədov: “Qoy mənim haqqım çatan kompensasiyamı da versin, bu da onun cəmiyyətdə növbəti təbliğatı olsun ki, Qarabağ qazisinin haqqını yemədi”

Bu ilin may ayında Qarabağ qazisi, ehtiyatda olan zabit Oruc Məmmədov Qafqaz Xəbər Agentliyinə müraciət etmiş, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində ona aid 40 sot torpağın deputat Adil Əliyev tərəfindən zəbt edildiyini demişdi. Oruc Məmmədov Qafqaznews.az-a verdiyi müsahibəsində “MTN çətəsi” tərəfindən 2011-ci ildə şərlənərək həbs olunduğunu, 3 il 7 ay sonra isə azadlığa çıxdığını, eləcə də dövlətdən bəraət və kompensasiya aldığını bildirmişdi. “Mən 2006-cı ildə 7-ci mikrorayonda qanuni yolla 40 sot torpaq almışdım, amma maddi imkansızlığıma görə heç bir tikinti işi aparmamışdım. Həbs olunan zaman öyrəndim ki, Mahmudov və Çovdarov mənim bu torpağımla maraqlanırlar, zəbt etmək niyyətləri var. Ondan sonra həbsdə başım qarışdı hüquqlarımın müdafiəsinə, torpaq mIMG_1534-1əsələsini düşünmədim. Lakin 2014-cü ilin avqustunda həbsdən çıxanda getdim torpaq sahəmə baş çəkməyə, gördüm orda tikinti gedir. Öyrəndim ki, burda deputat Adil Əliyev şadlıq evi tikdirir. Mənim torpaq sahəmlə qonşu olan 4 sot torpağı hansısa yollarla qayınanası Qətibə Abdullayevanın adına alıb, amma restoran mənim ərazimdədir. Bilmirəm, o torpağı Adil Əliyevin zəbt etməsi ilə Çovdarovun mənə qarşı qurduğu planların əlaqəsi varmı, yoxmu… Amma kimlərsə həbsdə olmağımdan məharətlə istifadə ediblər. Onun Rüstəm adlı yaxın adamı söz vermişdi ki, bizi görüşdürəcək, amma sonra ondan da xəbər çıxmadı. Məni aldatdılar. Hara gedirəmsə, ya bir bəhanəylə başdan edirlər, ya da “araşdırma” adıyla məsələni uzadırlar. Görünür ki, deputat Adil Əliyevin yaxşı əlaqələri, geniş imkanları var. Nə deyirəm, sağlığına qismət. Amma müharibə veteranına, Vətən uğrunda canından keçən, düşmənə amansız zərbələr endirən bir zabitə qarşı bunu etmək rəvadırmı?

dsc_2029_612-1-1Adil Əliyevin bu haqsızlığı cəmiyyətdə pis nümunə ola bilər”, – deyə O.Məmmədov müsahibəsində vurğulayıb. Həmin müsahibənin üstündən iki ay keçib, lakin bu müddətdə sözügedən problemin həll olunması ilə bağlı xəbər eşitməmişdik. İyulun 15-də yenidən Oruc Məmmədovla əlaqə saxladıq və Adil Əliyevlə şəxsən, ya da yaxın adamları ilə görüşüb-görüşmədiyini soruşduq. “Heç bir görüş olmadı. Heç bir şey… Onlar hələ də mənim qanuni mülkiyyətimi zəbt etdiklərinə görə kompensasiya vermək niyyətində deyillər. Tutaq ki, torpaq Adil Əliyevin şəxsən öz adına deyil. Amma  o deputatdır, millət vəkilidir. Mənim mülkiyyət hüquqlarımın bərpası naminə hər hansı addım ata bilməzdimi? Müxtəlif tanışlardan eşidirəm, hətta mətbuatdan da oxuyuram ki, Adil Əliyev Nərimanov rayonunda asfalt çəkdirməklə, abadlaşdırma işləri ilə məşğuldur. Bəs vətən uğrunda döyüşən Qarabağ qazisinin torpağını zəbt edib haqqını yeməklə, həm də abadlSnimok-4aşdırma işləri aparmaq necə uyğun gəlir? Bəlkə, özünü sadəcə bu yolla reklam etdirir? Qoy mənim haqqım çatan kompensasiyamı da versin, bu da onun cəmiyyətdə növbəti təbliğatı olsun ki, Qarabağ qazisinin haqqını yemədi”, – deyə Oruc Məmmədov qeyd etdi. Kavkaznews.az mayın 12-də Adil Əliyevin özü ilə əlaqə saxlayıb.

“Oruc Məmmədovun dedikləri həqiqətə uyğun deyil. Mən onu ümumiyyətlə tanımıram”, – deyə deputat bildirib. “BŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsinin rəisi Nazim İsmayılovun məktubunda deyilir ki, “Çıraq Palas” sizin qayınananıza məxsusdur”, – deyə jurnalist qeyd edib. “Burda qeyri-adi nə var?”, – deputat təəcüblənib. “Həmin məktubda şadlıq sarayının Binəqədi RİH-in sərəncIMG_1780amı əsasında tikildiyi göstərilir. Binəqədi RİH nümayəndəsi Rauf Həsənov isə o torpaq sahəsinin onların balansında olmadığını bildirib. İstintaq və Təhqiqat İdarəsinin şöbə rəisi Məmmədağa Əhmədov da bizə deyib ki, Binəqədi RİH-in qərarı qanunsuz olub”, – deyə aydınlıq gətirdik. “Qanunsuz verilib, onda Oruc Məmmədov prokurorluğa müraciət etsin”, – deyə Adil Əliyev məsləhət verib (kavkaznews.az).

Qeyd edək ki, iyulun 9-da LEGION.AZ-da dərc olunan “Adil Əliyevin “aktivist”ləri Aşıq Alı küçəsində nə işlə məşğuldur?” başlıqlı yazıda da deputat Adil Əliyevin Nərimanov rayonunda abadlaşdırma işləri aparmasından söz açılırdı. Biz iysiaphoto_504509ulun 15-də yenidən Aşıq Alı küçəsinin sakinləri ilə əlaqə saxladıq. Sakinlər bildirdi ki, həqiqətən də həmin ərazidə asfalt çəkilir və bunun Adil Əliyevlə bağlı olduğu deyilir. Lakin sakinlər bir məqamla bağlı təəccüblərini də gizlətmədilər. Məsələ ondadır ki, Adil Əliyev rəsmən bizneslə məşğul olmur, yaxud hansısa böyük bir qurumun rəhbəri deyil.

Belə olduğu halda, hörmətli Milli Məclis üzvü Adil Əliyevin hansı resurslarla orda asfalt çəkdirməsi suallar doğurur. Sakinlər mətbuat vasitəsilə möhtərəm deputatdan soruşurlar ki, bu abadlaşdırma işlərini öz hesabına gördürür, yoxsa, hansısa imkanlı şəxslər yardım edir? Əgər bu işlərin arxasında xeyriyyəçi bir iş adamı dayanırsa (məsələn, Kikboksinq Federasiyasına dəstək olan sahibkarlar kimi – red.), həmin şəxsin adının ib_e483194baadf3a96e5969730553330f9ctimaiyyətə də açıqlanması pis olmazdı. Həm sakinlər adından, həm də öz adımızdan həmin xeyirxah şəxsə minnətdarlıq edərdik. Sakinlər də bilmək istəyir ki, ayaq basdıqları asfalt hansı pullarla çəkilib. Adətən, “çirkli pullar” və “gizli görülən yaxşı işlər”dən söz düşərkən, məşhur kinoaktyor Nikolas Keycin baş rolda çəkildiyi “Silah baronu” filmi yada düşimg1593891ür. Həmin filmdə “silah baronu” olan, amma bunu gənc rəssam olan həyat yoldaşından gizlədən Yuriy Orlov onu həvəsləndirmək üçün çox unikal bir addım atır. Həyat yoldaşının əsərləri hansı sərgidə nümayiş etdirilirsə, dərhal həmin sərgidən o əsərləri alır və beləcə, onu da sevilən bir rəssam olduğuna inandıraraq həvəsləndirir. Həmçinin, Orlov özünü cəmiyyətdə dürüst iş adamı kimi təqdim edirdi. Lakin qadın ərinin hansı işlərlə pul qazandığını öyrənəndə aləm bir-birinə dəyir..

Pablo-EscobarEləcə də, bir vaxtlar Kolumbiyada xeyriyyəçilik edən, amma bütün dünyada narkobaron kimi tanınan Pablo Eskobarı da yada salmaq olar. Rəhmətlik Eskobar da vaxtilə çox asf1445237265_0001-300x292alt çəkdirib… Görəsən, asfalt çəkdirməklə sakinlərin könlünü alan Adil Əliyevə bu işlərdə kim dəstək olur? Deputat Rövnəq Abdullayev həm də SOCAR-ın prezidentidir, əlində müəyyən resurslar var. SOCAR prezidentinin hardasa asfalt çəkdirməsi sakinləri və mətbuatı elə də təəccübləndirməzdi. Həmçinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, deputat Cavid Qurbanovun da resursları da müəyyən ərazidə abadlaşdırma işləri üçün inandırıcı görünə bilər. lE865BRg1y2kEləcə də,

“Azəraqrartikinti” ASC-nin təsisçisi, millət vəkili Ağalar Vəliyevin hansısa resurslarla asfalt çəkdirməsi çox suallar doğurmaz. Lakin vaxtilə Nərimanov RPİ 16-cı Polis Bölməsinin rəisi işləmiş, heç vaxt bizneslə məşğul olmayan hörmətli deputatda bu resurslar hardandır? Bu və digər suallara cavab tapmaq uğrunda araşdırmalarımız davam edir.

Tamerlan Zeynallı

LEGION.AZ

Mövzuya aid linklər:

http://qafqaznews.az/2016/05/qarabag-qazisi-oruc-m-mm-dov-adil-liyevin-etdiyi-bu-haqsizliq-c-miyy-td-pis-numun-ola-bil-r-musahib/
http://qafqaznews.az/2016/05/general-m-h-rr-m-liyevin-sabiq-iscisi-bin-q-di-rih-d-hansi-xahis-l-ri-yerin-yetirir/

http://qafqaznews.az/2016/05/deputat-lil-yol-gost-rdi-prokurorluga-getsin/
http://qafqaznews.az/2016/05/bin-q-di-rih-qarabag-qazisinin-torpagini-deputatin-qayinanasina-qanunsuz-h-diyy-edib/
http://qafqaznews.az/2016/05/qarabag-qazisinin-torpagi-z-bt-olunub-bin-q-di-b-l-diyy-si-fakti-t-sdiq-etdi/

 

 


 

IMG_1783 IMG_1785 IMG_1786 IMG_1787 IMG_1788 IMG_1791 IMG_1792

IMG_1780
Foto0044Foto0041 1436592944_01 1436247104_vvvv
Foto0034-1 Foto0029 Foto0029 1436168646_vv

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR