Beynəlxalq Valyuta Fondu Ukraynaya daha 1,4 mlrd dollar verdi

0d8afc571838865053affb6180a9d5e2Beynəlxalq Valyuta Fondu Ukraynaya 1,4 mlrd dollar həcmində ikinci kredit tranşı ayırıb
 Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynaya 1,4 mlrd dollar həcmində ikinci kredit tranşının ayrılmasına dair qərar verib.Qafqaznews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, BFV-in rəsmi nümayəndəsi Cerri Rays bildirib ki, Ukrayna maliyyə yardımının növbəti tranşının alınması üçün fondun şərtlərini yerinə yetirib.
Qeyd edək ki, bu ilin aprelində Ukrayna “stand by” ikiillik kredit proqramı çərçivəsində 3,19  mlrd dollar vəsait alıb. Vəsaitlər Ukraynada makroiqtisadi sabitliyin bərpasına və iqtisadi artıma nail olmaq üçün nəzərdə tutulub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR