İran Türkiyəyə tur satışlarını qadağan etdi

Bodrum (1)Xarici İşlər Nazirliyi şərtlərini açıqlayıb.

İran Türkiyəyə səyahət qadağası tətbiq edib.Oxu.Az bu barədə “Hürriyet”ə istinadən xəbər verir.İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Kasımi Türkiyədə təhlükəsizliyin tam təmin edilməsi və şərtlərin normallaşmasından sonra bu qadağanın aradan qaldırılacağını bildirib.

Bundan öncə isə Türkiyənin Tehran səfirliyi qadağanın bir an öncə aradan qaldırılmasını tələb etmişdi.

Qeyd edək ki, Türkiyədə hərbi çevriliş cəhdindən sonra Tehran rəhbərliyi vətəndaşların təhlükəsizliyini nəzərə alaraq, bu ölkəyə tur satışlarını qadağan edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR