
Bizimyol.info xəbər verir ki, Binəqədi Bələdiyyəsinin sədri Starə Cabbarlı bu dəfə tanınmış muğənni, teleaparıcı Azər Xudiyevi təhqir edib. Belə ki, bir neçə müddət bundan əvvəl Azər Xudiyevin Binəqədi bələdiyyəsində, Bələdiyyə gəlirləri və yerli vergilər şöbəsinin müdiri vəzifəsində işləyən, qardaşı Ceyhun Xudiyevi işindən azad edən xanım sədr, daha sonra onlarla ədavət aparmağa başlayıb.

Nəticədə Azər Xudiyevin bu günlərdə vəfat edən atasının yasına, Starə Cabbarlı Binəqədi bələdiyyəsinin əməkdaşlarının yas yerinə qatılmasına icazə verməyib. Hətda xanım sədr bələdiyyə əməkdaşlarından kiminsə yasa qatılacağı təqdirdə işindən azad olunacağını bildirib. Atasının yas günündə Starə Cabbarlı ilə əlaqə saxlayaraq nə üçün belə addım atdığını öyrənmək istəyən Azər Xudiyev, bələdiyyə sədri tərəfindən təhqir olunaraq alçaldılıb.
Bununlada kifayətlənməyən Sitarə Cabbarlı, Azər Xudiyevi və işdən çıxardığı qardaşı Ceyhun Xudiyevi bələdiyyədə “razborkaya” da çağırıb. Atasının yas günündə məsələnin daha da dərinləşməsini istəməyən Azər Xudiyev telefonu söndürüb. O, həmin günü bələdiyyə sədri Starə Cabbarlı ilə arasında baş verən olayla bağlı, Bələdiyyə sədrinə yazdığı sms-i və sədrin səs yazısını bu gün bizimyol.info ya təqdim edib.
Məsələ ilə bağlı saytımızın əməkdaşı Starə Cabbarlı ilə əlaqə saxlasa da, o bu barədə danışmaq istəmədiyini bildirib.