Fransanın “Lill” futbol klubu sabah Bakıya gələcək

153649_res_01Avropa Liqasının III təsnifat mərhələsində “Qəbələ”nin rəqibi Fransanın “Lill” klubunun Bakıya gələcəyi vaxt müəyyənləşib.

“Qəbələ” klubundan verilən məlumata görə, Fransa təmsilçisi oyundan bir gün öncə – avqustun 3-də paytaxtda olacaq.

Çarter reysi ilə Bakıya səfər edəcək “Lill” saat 10:20-də Heydər Əliyevadına Beynəlxalq Hava Limanına eniş edəcək.

Avqustun 4-də “Bakcell Arena”da keçiriləcək cavab görüşü saat 21:00-da başlayacaq.

Qeyd edək ki, Fransada keçirilmiş ilk oyunda 1:1 hesabı qeydə alınıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR