“Azimport”dan şikayət edənlərə təzyiq göstərilir?

azimportOlmaya, fəhlələrin pulu ödənildi deyə, qanun qarşısında cavabdehlik məsələsi də öz əhəmiyyətini itirdi?

Iyulun 26-da Kavkaznews.az saytında “Əmək Müfəttişliyi “Azimport”u qorumağa davam edir” başlıqlı yazı dərc olunmuşdu. Yazıda xatırladılırdı ki, ötən il noyabrın 24-də Kavkaznews.az-da dərc olunan məqalədə “Azimport” tərəfindən aldadıldığını iddia edən bir qrup vətəndaşın Qafqaz Xəbər Agentliyinə müraciəti dərc olunmuşdu. İş adamı Elşən Əliyev bizə bildirirdi ki, “Azimport”la əldə olunmuş razılığa əsasən Dövlət Bayrağı Meydanı ətrafındakı binaların rənglənməsi ona tapşırılıb: “Razılaşma şifahi olub. Rənglənmə işləri 3 ay müddətində başa çatmalı idi. Mən 540 nəfər fəhləni işə cəlb elədim. Biz işi vaxtında başa çatdırdıq”. İşçilərlə əmək müqaviləsi bağlanmadığını bildirən iş adamı müxbirimizin “Onda əmək haqqı necə hesablanırdı?” sualına belə cavab verdi: “ “Azimport” söz verdi ki, işçilərə yüksək əmək haqqı veriləcək. Ancaq yarım ayda bir dəfə işçilərə 20 manat pul verirdilər. Biz işi vaxtında yerinə yetirsək də “Azimport” bizi aldatdı və dediyi əmək haqqını vermədi. Bu gün şirkətin bizə 360 min manat borcu var”.Magerram

Müxbirimizin “ Şirkət əmək haqqını verməməyi necə əsaslandırır..?” sualına iş adamının cavabı belə oldu: “Azimport” şirkətinin nümayəndəsi SOCAR-ı ittiham edir ki, dediyi məbləği verməyib”. Lakin “Azimport” şirkətinin əməkdaşları bu məlumatı təkzib etmişdi. “Şirkətimizin işçilərlə əmək müqaviləsi bağlamaması barədə məlumat həqiqətə uyğun deyil”, – deyə “Azimport”dan Kavkaznews.az saytına bildiriblər. Dövlət Əmək Müfəttişliyinin rəis müavini Məhərrəm Maxarov bildirdi: “Biz sizin o zamankı informasiyanı yoxladıq və informasiya öz təsdiqini tapdı, ona görə də şirkəti cərimələdik”.

1423130223Müxbirimizin “Axı, fəhlələr indiyədək əmək haqqı ala bilmir” fikrinə Maxarovun münasibəti belə oldu: “Biz şirkəti əmək haqqı verməyə məcbur edə bilmərik. Onlar məhkəməyə müraciət etsinlər. Mövzu ilə bağlı əmək hüququ üzrə mütəxəssis, vəkil Azər Quliyevin fikirlərini öyrəndik: “ Əmək müfəttişliyi məhkəməyədək şikayətə baxan orqandır. Mövcud qanunvericiliyə görə müfəttişlik şirkətdən işçilərin əmək haqlarını verməyi tələb edə bilər. Əks təqdirdə müfəttişlik şirkətdən məhkəməyə şikayət edə bilər. Eyni zamanda müqaviləsiz çalışan işçilərin sayı 10 nəfərdən çoxdursa, müfəttişlik prokurorluq orqanlarına şikayət edib cinayət işi qaldırmağı tələb edə bilər” (kavkaznews.az).

Tia.az saytı 24 noyabrda yazır ki, Azimport-un aldatdığı 500 fəhlə dövlət başçısına müraciət edib. Fəhlələrin sözlərinə görə, onlar 8 aydır əmək haqqı almırlar. (tia.az). Iyulun 29-da Qafqaznews.az-a müraciət edən Elşən Əliyev bildirdi ki, Qafqaz Xəbər Agentliyində dərc edilən sözügedən yazılardan sonra, “Azimport” rəhbərliyi Əhmədlidə “Panorama Park” deyilən yerdə iki mənzil verib: “Özləri tikməyiblər. Bilmirəm, necə alıblar, amma bizə iki mənzil verdilər, satıb fəhlələrin pulunu verdik”.

IMG_06171Elşən Əliyev bildirdi ki, iyunun 22-də Qafqaznews.az-da “Dövlət Əmək Müfəttişliyinin laqeydliyi Rəşad Məmmədovun azad edilməsinə səbəb oldu?” başlıqlı yazıdan sonra “Azimport” rəhbərliyi ona zəng edərək, niyə hələ də mətbuata şikayətləndiyini soruşub. “Mən bundan sonra gəldim redaksiyasınıza, mənə dedilər ki, sizlik məsələ yoxdur, burda “Azimport”la bağlı araşdırma gedir”, – deyə E.Əliyev bildirdi. Qeyd edək ki, Elşən Əliyevə təxminən oxşar cavab vermişik, lakin izah etmişik ki, son araşdırmalarda “Azimport”un fəhlələrlə əmək müqaviləsi imzalamadığı barədə məlumatlara diqqət çəkilir və Dövlət Əmək Müfəttişliyinin laqeydliyinə toxunulur. Elşən Əliyevin sözlərinə görə, bu yaxında başqa bir şirkətlə əməkdaşlıq etmək üçün görüşdə olarkən, həmin şirkətin rəhbərliyi “Azimport” barədə şikayət etməsinə irad tutub. “Mən də bildirdim ki, mən demaqoq deyiləm, səbəbsiz yerə mətbuata heç nə demərəm. Biz heç vaxt demaqoqluq etməmişik. Bizim işimiz inşaatda çalışıb, ailələrimizə çörək qazanmaqdır. Fəhlələrin maaşı verilmirdisə, mən nə edə bilərdim? Pis iş görməmişəm ki, haqqımı tələb etmişəm. Sadəcə bəzi şirkət rəhbərləri haqsız olaraq düşünür ki, demaqoqluq etmişik, ona görə də bizimlə əməkdaşlıq etmək olmaz”, – deyə E.Əliyev qeyd edib. Elşən Əliyevin Qafqaz Xəbər Agentliyinin direktoru Araz Məmmədova əlyazma şəklində yazdığı ərizənin surətini yazının altında oxuculara təqdim edirik.

Sual yaranır ki, “Azimport” köhnə yazılarımızdan xatırlatma verməyimizdən narahat olur və hər dəfə də Elşən Əliyevə və ya başqa şikayətçilərə zəng edərək onlara təzyiq göstərəcək? Olmaya, fəhlələrin pulu ödənildi deyə, qanun qarşısında cavabdehlik məsələsi də öz əhəmiyyətini itirdi? Yaxud, növbəti sual: “Azimport” və ya başqa bir şirkət tərəfindən haqqı tapdalanan insanlar özlərinə mətbuatda dayaq tapırsa və haqq səsini eşitdirirsə, burda ayıb nə var? Sabah ola bilərmi ki, “Azimport” bizə şikayət edən insanlara artıq telefonla yox, “canlı qüvvə” ilə təsir göstərməyə çalışsın? Xatırladaq ki, bir neçə gün bundan əvvəl “Azimport” rəhbərliyi Qa317-770x440fqaz Xəbər Agentliyinin ünvanına sərt ifadələr və təhqir dolu məktub göndərmiş, agentliyin saytlarını və əməkdaşlarını “reketlik”də ittiham etmişdi.

Əlbəttə ki, bu təhqiramiz məktuba cavab da yazıldı, Rəşad Məmmədovu “Azimport”un rəhbəri, hətta erməni kimi təqdim edən saytların da adlarını çəkdi. Nədənsə, “Azimport” bu gün əsasən Qafqaz Xəbər Agentliyi ilə ədavət aparmağa üstünlük verir. Həyatda hər şey olur… Lakin əgər yüzlərlə insanın “Azimport”da əmək hüququna riayət edilmədən istismar edilməsi barədə iddialar araşdırılıb təsdiqini tapıbsa və vergidən yayınmaya görə, qanunsuz əmək istismarına görə cinayət işi açılmayıbsa… “Azimport” haqqında danışarkən, 2016-cı il fevralın 22-də meydan.tv saytında dərc olunmuş “10 il tender qalibi olan “Azimport” – ARAŞDIRMA” başlıqlı yazıdan bəzi məlumatlar diqqəti çəkir.

Yazıda bildirilir ki, SOCAR-ın “Şanxay” layihəsinin reallaşdırması ilə bağlı keçirdiyi tenderi qazanan “Azimport”un sonradan öz işini podratçı və subpodratçılara gördürür. “Şanxay” layihəsində podratçı şəxs Rauf İsmayılov olub. “Azimport” sifarişi məhz Rauf İsmayılova verib. Amma Rauf İsmayılov da şirkətin onunla heç bir müqavilə imzalamadığını deyir: “Təxminən 6 ildir ki, bu şirkətlə işləyirəm. Şirkət sahiblərinin şəxsi layihələrinin, məsələn, “Nar şərab” və “Mangal” restoranlarının, hotellərinin və s. tikintisini də mən aparmışam. Amma heç vaxt mənimlə subpodrat və ya əmək müqaviləsi, ümumiyyətlə, heç bir müqavilə bağlanmayıb”. “Azimport” şirkəti müqavilə və tender sənədlərinin kommersiya sirri olduğunu əsas gətirərək, onları təqdim etməkdən imtina edir. Layihədə işləyən işçilər isə şirkətin SOCAR-la razılaşmasının belə olduğunu deyir: “Bizim işimiz evlərin dam örtüyünə və divar örtüklərinə emusiya vurmaq olub.

34e32482aa29f354863086b7f2358cbeŞirkət SOCAR-la dam örtüyünə istifadə olunan qırmızı emusiyanın hər kvadrat metri üçün 4 manat, 87 qəpik, divar örtükləri üçün istifadə olunan ağ emusiyaların hər kvadrat metrinə isə 3 manat, 21 qəpikdən  razılaşıb. Biz 2 milyon, 241 min kvadrat metr ərazilik iş görmüşük. İşin müqavilində isə bizə sahə rəisi Rauf İsmayılov tərəfindən qırmızı və ağ emusiyalara müfaviq olaraq, 0,60 qəpik və 0,70 qəpikdən vəsait ödəniləcəyi bildirilib. Onu da bilirik ki, SOCAR bu layihə üçün şirkətə ümumilikdə 13 milyon manat vəsait ayırıb. Bu puldan bizim-540 nəfərin cəmi alacağımız 750 min manatdır. Bir ildir ki, bu pulu bizə verən yoxdur”.

“Azimport” şirkəti işçilərə indiyədək olan ödənişi ilə bağlı sorğumuza verdiyi açıqlamasında deyir: “Şirkət bu işlərin icrasında iştirak edənlərə indiyədək, ümumilikdə, 2.289.407 manat əmək haqqı ödəmişdir. Bu məbləğin yalnız 1.100.000 manatı sifarişçi tərəfindən şirkətin hesabına köçürülmüşdür. İşçilərin əmək haqqı kimi aldıqları qalan 1.189.407 manatı şirkət öz maliyyə vəsaiti hesabına ödəməyə məcbur olmuşdur. Qalan məbləğ (açıqlanmır-red) də sifarişçimages-6inin bizə ünvanladığı məktuba görə, maddi problemlər üzündən gecikir. Gələcəkdə mərhələli şəkildə ödənəcək”.

Şirkətin 2.289.407 manat əmək haqqı ilə bağlı açıqlamasına gəlincə, işçilər bu puldan ötən il yalnız 650 min manat aldıqlarını deyirlər: “Rauf İsmayılov öz əlyazmasıyla bizə kağız verib. Orada göstərilir ki, ona şirkətdən 1.878.500 manat pul verilib. Rauf İsmayılov o puldan Azər Əsgərovun şəxsi layihələrdən ona qalan 126 min manat borcunu da götürüb. Qalanı da materiala gedib. Oradan bizə cəmi 650 min manat ödəyib”. Rauf İsmayılov bu puldan şirkətin şəxsi layihələrindən olan borcunu götürdüyünü etiraf edir. Amma bunu Azər Əsgərovun icazəsi ilə etdiyini bildirir.

Fəhlələrin göstərdiyi rəqəmlər doğrudursa, tenderi udan şirkətlə sifarişçi arasında ölçülər göstərilən məbləğlə hesablandığı halda, ikincinin şirkətə əlavə pul ödəməsi mümkündürmü? Bəs şirkətin sifarişçidən aldığı qiymətlə işçiyə ödədiyi qiymət arasındakı fərq necə tənzimlənməlidir? скачанные файлыİqtisadçı ekspert Zöhrab İsmayıl bunun SOCAR və “Azimport” arasında müqavilədən asılı olduğunu deyir: “İşçilər bunun detallarını yəqin ki, bilməyəcək. Əgər göstərilən sahə doğrudursa, ödənmiş məbləğ elə də çox deyil. Amma 2.241 milyon kv metr nə isə çox görünür. Məsələn, hər evi 70 kv m götürsək, bu, 30 mindən çox ev edir. Ya da bu, 2.24 kv kilometr edir. Məncə, maxinasiya elə buradadır” (meydan.tv).

Bu sətirləri də oxuduqdan sonra, daha yeni suallar yaranır. Kimdir günahkar? Əlbəttə, həmişəki kimi, sadə vətəndaşlar və onların problemini ictimailəşdirən müstəqil jurnalistlər… Olmazdımı ki, özünü “sahibkar” adlandıran bəzi şəxslər qanunlara və dövlətçiliyə hörmət edərdi?

Rüfət Əhmədzadə
Qafqaznews.az

Mövzuya dair linklər:

http://legion.az/9602–azimport-r%C9%99hb%C9%99rliyind%C9%99-t%C9%99hqir%C9%99-qar%C5%9F%C4%B1-t%C9%99l%C9%99bat-yaran%C4%B1b-reaks%C4%B0ya.html

http://legion.az/9599–azimport–b%C3%B6htana-g%C3%B6r%C9%99-cavab-verm%C9%99lidir.html

http://qafqaznews.az/2016/07/azimport-buzovnada-binalarin-uzl-nm-si-ucun-tender-udmayib/ http://qafqaznews.az/2016/07/139584/

http://qafqaznews.az/2015/05/ih-nin-sob-mudiri-azimport-v-kilin-mlakini-dagidib/

http://qafqaznews.az/2015/03/azimport-basqasinin-mlakini-dagidir/
http://qafqaznews.az/2016/06/dovl-t-m-k-muf-ttisliyinin-laqeydliyi-r-sad-m-mm-dovun-azad-edilm-sin-s-b-b-oldu/
http://qafqaznews.az/2016/02/taninmis-v-kild-n-ali-m-hk-m-s-drin-ittiham-r-sad-m-mm-dovu-o-buraxacaq/
http://qafqaznews.az/2016/01/r-sad-m-mm-dov-ic-ri-d-n-hansi-m-murlara-x-b-r-gond-rdi/
http://qafqaznews.az/2015/05/baki-sih-il-maklerl-rin-isbirliyi-video-foto/
http://qafqaznews.az/2015/05/r-sad-m-mm-dovun-sag-li-g-nc-y-uzanib/
http://qafqaznews.az/2015/05/boss-l-q-bli-aynur-xanim-kimdir/
http://qafqaznews.az/2016/07/m-k-muf-ttisliyi-azimport-u-qorumaga-davam-edir/

Page11

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR