İki gün öncə Qafqaznews.az xəbər portalı 1 yaşını qeyd elədi.
Az vaxtda Qafqaznews.az saytı ölkədə ictimai fikrin formalaşmasına ciddi təsir edə biləcək xəbər mənbəyinə çevrildi.
Qafqaznews.az saytını 1 yaşı tamam olması münasibətilə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev və “Yeni Nəsil” ictimai birliyinin rəhbəri Arif Əliyev təbrik ediblər.
Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib: “ Bu gün KİV-də onlayn jurnalistikanın və xəbər portallarının rolu artır. Hər gün yeni saytlar yaranır. Hazırda ölkəmizdə 80-100 arası sayt fəaliyyət göstərir. Bu çətin rəqabətdə saytınıza uğur arzulayıram. Saytınız ictimai fikrin formalaşmasında öz rolunu oynasın”.
“Turan” infornmasiya agentliyinin direktoru Mehman Əliyev isə söyləyib: “Regionda baş verən hadisələrin düzgün işıqlandırılması üçün qafqaznews.az kimi saytlara ciddi ehtiyac var. Sizin saytınız həqiqətləri əhaliyə obyektiv çatdırmaq üçün ciddi rol oynayır. Mən arzu edirəm ki, saytınız bütün çətinlikləri aradan qaldırsın, inkişaf eləsin və uğurlara imza atsın”.
“Yeni Nəsil”in sədri Arif Əliyev isə öz bayram təbrikini belə ifadə edib: “ Sizə həmişə obyektiv olmağı və uğur qazanmağı arzu edirəm”.
Qafqaznews.az