Mikayıl İsmayılov ondan şikayət edən Qarabağ əlilini “susdurub”?

1460566285_241986Rüfət Vəliyev bir neçə ay əvvəl torpaq sahəsinin zəbt edilməsilə bağlı Mikayıl və Cümşüd İsmayılovlardan mətbuata şikayət etmişdi

İyulun 30-da Qafqaznews.az-da “Mikayıl İsmayılov dünyanın milyarderləri siyahısına düşə bilər – ŞOK FAKTLAR” başlıqlı yazı dərc olunmuşdu.

Qeyd edək ki, Qafqaznews.az həmin yazını “gundelik-baku.com” saytına istinadla dərc edib və bu, saytımızda aydın şəkildə qeyd olunub. Belə ki, KİV haqqında qanunvericiliyə görə, başqa mətbuat orqanında gedən və elə həmin mətbuat orqanı tərəfindən də təkzib olunmayan hər hansı informasiyaya görə, Qafqaznews.az saytı məsuliyyət daşımır. Lakin yazının içində adı çəkilən “Əjdəkan LTD”-nin direktoru Rüfət Mirzə oğlu Vəliyev Qafqaz Xəbər Agentliyinə “ərizə” göndərərək (bu məktubun surətləri SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılova, Pirallahı RPİ-nin rəisi Cümşüd İsmayılova və Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşova da göndərilib), “bizim heç bir nümayəndəmizə əlaqəsi olmadığını, müsahibb084c8daa137ə vermədiyini” qeyd edib. Həmçinin, R.Vəliyev bizə “yüngülvari” xəbərdarlıq da edib: “Xahiş edirəm, bu barədə təkzib verəsiniz və gələcəkdə belə bir hadisə təkrarlanarsa, məhkəməyə müraciət edəcəyəm”.

1Biz bu məktubu oxuduqda heyrətləndik və Rüfət Vəliyevin özüylə əlaqə saxladıq. Söhbət zamanı Rüfət Vəliyevin özünə başa saldıq ki, biz yazını başqa sayta istinadla dərc etmişik və “etiraz ünvanı” bizim agentlik deyil. Rüfət Vəliyev isə belə dedi: “Mən “Gündəlik Bakı”nı tanımıram. Sizi tanıyıram, sizdən oxumuşam. Onlara deyin, düzəltsinlər”.

Rüfət Vəliyev hətta söhbət üçün bizim redaksiyaya gəlmək də istədi. “Bura gəlməyinizə ehtiyac yoxdur. Biz “Gündəlik Bakı”ya da heç nə deyə bilmərik. Xahiş edirik, o saytın redaksiyasına müraciət edin”, – deyə bildirdik. Bu söhbətdən sonra, internetdə araşdırma apardıq və qarşımıza bir sıra maraqlı məqamlar çıxdı.

Lakin əvvəlcə, “Mikayıl İsmayılov dünyanın milyarderləri siyahısına düşə bilər – ŞOK FAKTLAR” başlıqlı yazıdan çıxarışa nəzər yetirək.

“İddialara görə, neft pullarını ata malı kimi xərcləyən Mikayıl İsmayılov respublikanın əksər bölgələrində, eləcə də paytaxt Bakıdakı mövqelərini nəyi var möhkəmləndirib. Xatırladaq ki, bir neçə gün əvvəl Bakının Pirallahı rayonunda turizmin inkişafı məqsədilə qanuni torpaq sahələrini abadlaşdıran sahibkarların Mikayıl İsmayılovun qeyri-qanuni təzyiqlərinə məruz qalması barədə məlumat yayılmışdı. Azərbaycan Respublikası Prezidentinin torpaq islahatları haqqında sərəncamına və tərəflərin hüquqi nümayəndəsi olan icraçı direktor Rüfət Vəliyevin haqlı iddialarına əsasən deyə bilərik ki, vətəndaşlara qanuni əsaslarla verilən torpaqlar dövlət tərəfindən belə geri alınarsa, kompensasiya ödəmələri vacibdir” (gundelik-baku.com).29509

Əvvəla, xatırladaq ki, biz öz araşdırmalarımızda müəllif mövqeyi irəli sürmürük və kimin iddialarının haqlı olub-olmadığına dair fikir yürüdə bilmərik.

Lakin Rüfət Vəliyevin adının sadəcə bir cümlədə hallandırıldığını nəzərə alsaq, oxucularda məsələ ilə bağlı geniş təəssürat yaranmır. Aşağıda isə, 2016-cı il martın 30-da “bakunews.az” saytında “veteninfo.az” saytına istinadla dərc olunan “Rüfət Vəliyevin əmlakı ARDNŞ-ın vitse-prezidenti Mikayıl İsmayılov tərəfindən zəbt edilib” başlıqlı yazıdan çıxarışı oxuculara təqdim edirik: “Bakıda 2-ci qrup Qarabağ əlili qanuni torpaq sahəsindən məhrum olmaq təhlükəsilə üzləşib. Bakunews.az bildirir ki, bu barədə Vətəninfo.az-ın redaksiyasına Qarabağ əlili, gözdən əlil Rüfət Vəliyev müraciət edib. Şikayətçi bildirir ki, 2000-ci ildə Bakı şəhər İcra Hakimiyyətinin 31. 08. 2000-ci il tarixli 833 saylı sərəncamı ilə Əzizbəyov (İndiki Xəzər) rayonunun Pirallahı qəsəbəsi, Girgan-Pirallahı bələdiyyəsinin ərazisindən 33 hektar torpaq sahəsi onun istifadəsinə verilib. 2006-cı ildə həmin torpaq sahəsi Rüfət Vəliyevin direktoru olduğu “Əjdəkan LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi barədə Girgan-Pirallahı bələdiyyəsi ilə müqavilə imzalanıb. 1 noyabr 2006-cı il tarixli 5 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında Girgan-Pirallahı bələdiyyəsinin “Əjdəkan LTD” ilə imzaladığı müqavilədə həmin ərazinin MMC-yə istirahət zonası yaratması üçün verildiyi bildirilir. Şikayətçi deyir ki, həmin ərazini hasarlayıb və ərazidə qanunauyğun tikinti də aparıb”.

Həmin yazıda deyilənlərə görə, torpaq sahəsində istirahət zonası yaradılması üçün bir çox iş görən Rüfət Vəliyev sonradan torpaq sahəsini itirir: “2013-cü ildə Gürgan-Pirallahı Bələdiyyəsi ərazisindən 50 hektar torpaq sahəsi “Yüksək Texnoliogiyalar Parkı” tikilməsi üçün ayrılıb. Rüfət Vəliyevin 33 hektar torpaq sahəsi də həmin 50 hektar torpaq sahəsinin daxilində olub: “Mən etiraz etmirəm. Dövlət ehtiyacları üçün ayrılan torpağa mən heç nə deyə bilmərəm. Amma, Bakı şəhər İcra hakimiyyətinin torpaq sahəsinin ayrılması haqqında sərəncamında göstərilir ki, “Yüksək Texnologiyalar Parkı”nın yaradılması üçün ayrılan həmin torpaq sahələrinin sahiblərinə bazar qiymətinə uyğun kompensasiya ödənilsin. Amma, bununla bağlı “Əjdəkan LTD”yə bu torpaq sahəsinin alınması ilə bağlı nə xəbərdarlıq edilib, nə də kompensasiya ödənilib. Ərazi heç bir əsas olmadan parkın ərazisinə aid edilib. Bundan başqa, torpaq sahəsinə görə müəssisəyə heç bir kompensasiya da ödənilməyib və torpaq sahəsi birbaşa “Yüksək Texnologiyalar Parkı”nı yaratmaq üçün “YT Park”MMC-nin daimi istifadəsinə qanunsuz olaraq verilib.

Çarəsiz qalan Qarabağ əlili Rüfət Vəliyev məsələ ilə bağlı prezident İlham Əliyevə qanuni torpaq sahəsinin zəbt edilməsi və əvəzinin ödənilməməsi barədə müraciət edib. Hazırda Qarabağ əlili 33 hektar torpaq sahəsindən məhrum edilməklə üz-üzə qalıb.

Şikayətçi deyir ki, müraciətlərdən sonra Prezident Administrasiyası işə müdaxilə edib və problemin həll edilməsi üçün Pirallahı rayon İcra hakimiyyətinə tapşırıq verib. Amma icra başçısı Vasif İmanov əlil sahibkarın hüquqlarının bərpası əvəzinə ona daha da zərbə vurub. İcra başçısı sahibkara heç bir kompensasiya verməyib.

İcra başçısının müa8605c5ff34b7vini Cəlil Mirzəyev Qarabağ əlilinə müraciətində göstərib ki, guya torpaq sahəsinin daimi istifadəyə verilməsi, “Əjdəkan LTD”nin istifadəsində olması barədə heç bir hüququ sənəd yoxdur və buna görə də bu ərazi bələdiyyə balansına keçirilib. İcra başçısının müavini həmin torpaq sahəsinin ayrılması ilə bağlı Bakı şəhər İcra hakimiyyətinin, Xəzər rayon İcra Hakimiyyəti başçısının sərəncamlarını, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin kadastr sənədlərini və digər rəsmi sübutları sənəd hesab etməyib… Araşdırmalar zamanı məsələ ilə bağlı daha bir fakt ortaya çıxıb. Məlum olub ki, torpaq sahəsi başqa şəxs tərəfindən zəbt edilib. Məlum olub ki, ərazi ARDNŞ-ın vitse-prezidenti Mikayıl İsmayılovun qeyri-qanuni kurasiyasındadır. Torpaq sahəsi də həmin şəxs tərəfindən zəbt edilərək məhv olunub, sahibkarlar isə qanuni ərazisinə buraxılmır.

Rüfət Vəliyev torpaq sahəsinin zəbt edilməsilə bağlı Pirallahı rayon Polis Şöbəsinə müraciət edib. Məlum olub ki, sahibkarın müraciət etdiyi polis rəisi məhz Mikayıl İsmayılovun doğma qardaşı Cümşüd İsmayılovdur. Cümşüd İsmayılov da qardaşının tərəfini saxlamaq məqsədilə sahibkara rədd cavabı verib və bildirib ki, məsələ ilə bağlı cinayət işi aça bilməz” (bakunews.az).

Dunyaxeber.az saytında isə “Əjdəkan LTD” MMC və “A.S.V-L” MMC-yə ayrılan10 ha+23.16 ha, sahibkar Əliyev Vaqif Musa oğluna məxsus 12.26 ha, sahibkar Əminov Süleyman Zeynəddin oğluna ayrılan 4 ha qanuni torpaq sahəsindəki tikililərin qeyri-qanuni sökülməsi və yaşıllığın qəsdən məhv edilməsi ilə bağlı məqalə dərc olunub. 2016-cı ilin martın 4-də dərc olunan həmin yazıda deyilir: “Tərəflərin hüquqi nümayəndəsi olan icraçı direktor Rüfət Vəliyevin və digərlərinin redaksiyaya təqdim etdiyi şikayətlərlə bağlı  araşdırmalarımızı davam etdirdik. Məsələyə ARDNŞ-in vitse-prezidenti Mikayıl İsmayılovla, Pirallahı Rayon Polis İdarəsinin rəisi C.İsmayılovun müdaxilələri zəmin yaradır”. Biz bu materialları oxuduqdan sonra, yenidən Rüfət Vəliyevə zəng etdik. Rüfət Vəliyev Mikayıl İsmayılov tərəfindən torpaqlarının zəbt olunması ilə bağlı mətbuata müraciət etdiyini təsdiqlədi.

Lakin, o, artıq “bu m1459332597_2əsələnin bağlandığını” bildirdi. Hələ üstəlik, Rüfət Vəliyev “siz dediniz “Gündəlik Bakı”da çıxıb, məsələ qurtardı da” deyə əməkdaşımızın üstünə səsini qaldırdı. “Dövlət tədbirləri nəticəsində məsələ həllini tapıb”, – deyə R.Vəliyev vurğuladı.

Məsələnin necə həll olunduğunu soruşsaq da, R.Vəliyev cavab verməkdən imtina etdi. Gah “torpaqları qaytardılar”, gah da “kompensasiya verdilər” deyən Rüfət Vəliyev sonda “daha bu barədə yazmağa ehtiyac yoxdur, məsələ bağlandı” deyə yol da göstərib. Maraqlıdır, Mikayıl İsmayılov şikayətçi vətəndaşı həqiqətənmi razı salıb, yoxsa, başqa “susdurma” metodlarından istifadə edib?

Araşdırmamız davam edir.

Tamerlan Zeynallı

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR