Yuri Uşakov: “Rəsmi Moskva və Kiyev diplomatik münasibətlərin statusunu azalda bilər”

64be735e-b0a3-48d3-98cd-cf38e941c88b_292“Rusiyanın və Ukraynanın diplomatik münasibətləri statusu azala bilər.”

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

“Biz hesab edirik ki, bu, prinsipial mövqedir, rəsmi Kiyevdə və Moskvada diplomatik nümayəndəliklərə səfir səviyyəsində rəhbərlik olunmalıdır. Ona görə də Mixailin Zurabovun geri çağırılması ilə paralel olaraq onu əvəzləyəcək namizədi nəzərdən keçirməyi təklif etdik”, – Y.Uşakov deyib.

Onun sözlərinə görə, Rusiya Ukraynanın yeni namizədlə bağlı qəti qərarını gözləyir və Ukraynadakı səfir vəzifəsinə namizədini dəyişdirmək fikrində deyil.

Bir müddət əvvəl Ukrayna tərəfi Mixail Babiçin Rusiyanın Kiyevdəki səfiri qismində aqremanını qəbul etməkdən imtina edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR