“Azərbaycanın cənub rayonlarının tədqiqi və təbliği” adlı kitab nəşr olunmuşdur

DSC_0092Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Azərbaycaı tanı” mövzusundakı layihəyə əsasən hazırlanmış “Azərbaycanın cənub rayonlarının tədqiqi və təbliği” adlı qısa ensiklopedik toplu informasiya cəmiyyətinin sürətlə formalaşdığı hazırkı mərhələdə Azərbaycan Respublikasında gənclərin elmi-mədəni, təhsil və digər sahələrdə daha fəal iştirakını və onlara Azərbaycanın cənub rayonlarının tanıdılmasının  informasiya təminatı problemini həll etmək məqsədi ilə hazırlanmışdır.

Hazırlanan toplunun ideyası ölkə gənclərinin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunmasından ibarətdir.

Nəşrin  məqsədi  yeniyetmə və gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi istiqamətində onlara mənəvi və psixoloji təsirin göstərilməsi, gənclərimizdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsi, qəhrəmanlıq nümunələrinin onlar arasında təbliği, gənclərin Azərbaycanın cənub bölgəsinin milli-mədəni  irsi və tarixi  haqqında geniş məlumatlandırılmasıdır.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR