Portuqaliyalı naziri Rio-de-Janeyroda qarət ediblər

05372706fbc0bc7f25de9341776ba49dPortuqaliyanın təhsil naziri Tiaqo Brandao Rodriges Rio-de-Janeyro küçələrində qarət edilib.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, oğru dərhal yaxalanıb.
Nazir Rio-de-Janeyroya Portuqaliya nümayəndə heyətinin tərkibində Olimpiya Oyunlarına gəlib. Hücum edən şəxs küçədə nazirə yaxınlaşaraq bıçaqla hədə-qorxu gəlib və ondan pul kisəsini və mobil telefonunu verməyi tələb edib. T.B.Rodriges bu tələbi yerinə yetirib.
Amma cinayətkar çox uzağa gedə bilməyiblər. Hadisə barədə polisə məlumat verən yerli sakinlər onu saxlayıblar.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR