Baş prokurorun müavini mebel salonunun sahibinə “krışa”lıq edir?

Baş prokurorun müavini mebel salonunun sahibinə “krışa”lıq edir?

“Babək” mebel salonunun işçisi Turqut Əzizov qafqaznews.org saytına müraciət edib. 21-04-09 M 001Onun sözlərinə görə, o, “Krals” mebel salonunun direktoru Elşad Qurbanovun və satıcı Arzu Ağarzayevanın əməllərinin qurbanına çevrilib: “Mən “Babək” mebel salonunda sifarişləri qəbul edirəm. Tez-tez bizə başqa mebel salonlarının sahibləri müraciət edir. 2014-cü ilin aprelində Elşad Qurbanov mənə müraciət etdi ki, bir yataq və bir qonaq otağı mebeli göndərim. Bizim salonda bu mebellər olmadığı üçün yaxınlığımızda olan başqa mebel salonundan dəyəri 6500 manat olan həmin mebelləri tapıb Elşad Qurbanova məlumat verdim. O mənə təklif etdi ki, 6500 manat pul ver, həmin mebelləri götür və mənim müştərimə sataq və mənim qazancım 8300 manat olacaq. Mən ona inanaraq Elşada 6500 manat pul verdim. Bir müddət sonra mən verdiyim pulla bağlı Qurbanova müraciət edəndə o bildirdi ki, pulu qaytarmaq istəmir. Mən ona hüquq-mühafizə orqanlarına müraciət edəcəyimi bildirəndə Elşad bildirdi ki, onlar mənə heç nə edə bilməz, çünki Baş prokurorun müavini Rüstəm Usubov özü mənim “krışam”dır. Mən ona inanmadım və 23-cü Polis Bölməsinə müraciət etdim. Onlar mənə etinasız münasibət göstərdikləri üçün Nizami RPİ-ə müraciət elədim. İşi müstəntiq Mübariz Cəfərova tapşırdılar. O, isə cinayətkarı müdafiə edərək məni böhtan atmaqda günahlandırdı. Mən bütün bunlarla bağlı Baş prokuror Zakir Qaralova yazılı müraciət elədim”.

Bütün baş verənlərlə bağlı müstəqil araşdırma aparmaq qərarına gəldik. Və məlum oldu ki, təkcə Turqut Əzizov deyil, başqa mebel salonunda işləyən Dəyanət Salahlı da bu dəstənin qurbanıdır: “ Arzu Ağarzayeva satmaq üçün məndən 2800 manat dəyərində mal götürdü. Ancaq o məni aldatdı. Və hazırda həmin pulu öz cibimdən ödəyirəm”. Bu maxinatorların qurbanları təkcə mebel salonlarının satıcıları deyil, həm də alıcılardır. Onlardan biri Anar Sultanov Arzu Ağarzayevaya 2500 manat pul verib: “ Bu pulun əvəzində o mənə bir divan və iki kreslo verməli idi. Ancaq məni aldatdı”. Bütün bunlarla bağlı müstəntiq Mübariz Cəfəova sual verəndə o bildirdi ki: “ Elşad Qurbanovun heç bir günahı yoxdur. Satıcıları da, alıcıları da Arzu Ağarzayeva aldadıb”. Müxbirimizin “Bəs nə üçün Arzu cinayət məsuyliyyətinə cəlb olunmur” sualına müstəntiq belə cavab verdi: “ Gərək əməlində cinayət tərkibi ola ki, cinayət məsuliyyətinə cəlb edək”. Sonrakı sualımıza isə müstəntiq cavab verməyərək dəstəyi asdı. Biz Elşad Qurbanovun özü ilə əlaqə saxlama qərarına gəldik. O, bildirdi ki, mən Turqut Əziziovu tanımıram və bütün bu fırıldaqları Arzu eləyib və hazırda həbs olunub”. Bizim “Bəs, müstəntiq deyir ki, Arzu həbs olunmayıb” sualımıza Elşad Qurbanov “ Bağışlayın vaxtım yoxdur” cavabını verdi.

Rəşad Rüstəmov
Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR