Binəqədidə 15 nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsinə görə həbs edilən keçmiş məmur həbsxanada komaya düşüb.
Virtualaz.org xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov komaya düşdüyündən iş üzrə bu günə təyin olunmuş növbəti məhkəmə prosesi təxirə salınıb.
Q.Novruzov vəzifə səlahiyyətlərindən sui-istifadədə, bir neçə adamın ölümünə səbəb olmaqda və digər cinayətlərdə ittiham olunur.
Bakı Ağır Cinayətlər Məhkəməsində bu gün davam etdirilməli olan məhkəmə prosesində prosesə sədrlik edən Əfqan Hacıyev bildirib ki, təqsirləndirilən şəxslərdən biri iştirak etmədiyi üçün proses davam etdirilə bilməz.