Məhkəmə Bəxtiyar Hacıyevi cərimələyib

5d35c44e-7d49-4215-bc5d-1df3b40fcfab_292Bu gün Yasamal Rayon Məhkəməsində hüquq müdafiəçisi Bəxtiyar Hacıyevin işi üzrə məhkəmə prosesi keçirilib.

Bu barədə “Report”a B.Hacıyevin vəkili Cavad Cavadov məlumat verib.

Vəkilin sözlərinə görə, prosesdə B.Hacıyev 100 manat məbləğində cərimələnib.

Qeyd edək ki, B.Hacıyev İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham olunub. O, dövlət yol polisi əməkdaşları ilə mübahisə edib. Sonra hüquq müdafiəçisi Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə aparılıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR