Nazir Misir Mərdanovun xalası oğlunu işdən çıxardı

Misir Mərdanovun xalası oğlu, Pişəvəri adına Respublika Humanitar Fənnlər Gimnaziyasının direktoru Novruz Dəmirov işdən azad olunub.

Gimnaziyadan verilən məlumata görə, Novruz Dəmirov iki gündür işdən çıxarılıb. Hələ ki, eks-nazirin qohumunun yerinə təyinat olmayıb.

Təhsil Nazirliyi Novruz Dəmirovun işdən azad olunması ilə bağlı “Qafqazinfo”nun sorğusunu cavablandırıb. Nazirliyin açıqlamasında bildirilir ki, A.S.Makarenko adına Humanitar Fənlər Təmayüllü Respublika İnternat Tipli Gimnaziyanın direktoru Novruz Dəmirov öz ərizəsinə əsasən işdən azad olunub.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR