“Devalvasiya artıq qapıdadır”

403993211Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 24-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi avqustun 24-nə 1,6245 səviyyəsində müəyyən olunub. Qeyd edək ki, bu gün dollar 1,6204 manata bərabər olub (APA). “Manatın devalvasiyası barədə şayiələr əsassızdır və həqiqətə uyğun deyil. Manatın məzənnəsi bazar iqtisadiyyatının şərtlərinə uyğun, tələb və təkliflər əsasında formalaşır”, – deyə Azərbaycan Mərkəzi Bankının növbəti devalvasiya barədə yayılan məlumatlarla bağlı 22 avqustda verdiyi rəsmi açıqlamada belə deyilir.

Bəyanatda qeyd olunur ki, Dövlət Neft Fondunun valyuta ehtiyatları Mərkəzi Bankın təşkil etdiyi auksionlarda satışa çıxarılır (haqqin.az). Qeyd edək ki, Mərkəzi Bank manatın devalvasiyası barədə şayiələrin əsassız olduğunu bəyan edərkən, eyni zamanda manatın dəyərini də aşağı salmağa davam edir. Biz tanınmış iqtisadçı Oqtay Haqverdiyevdən AMB-nin siyasətini şərh etməyi xahiş etdik.Bez-nazvaniya-1-9

“Bu il kəskin devalvasiya gözlənilmir”, – deyə O.Haqverdiyev bildirdi. “Niyə belə düşünürsünüz?” sualına ekspert bu cür cavab verdi: “Mən dövlətin pul siyasəti əsasında mühakimə yeridirəm. Hakimiyyət devalvasiya prosesini çox ciddi tənzimləyir. Və bu, doğru addımdır. Əks halda, dövlət özünün bütün qızıl-valyuta rezervini istifadə etməli olacaq”.samir-aliyev

Oqtay Haqverdiyevin həmkarı Samir Əliyev hesab edir ki, Azərbaycanda devalvasiya artıq gəlmək üzrədir. “Devalvasiya sözü pulun dəyərindən düşməsi mənasına gəlir. Bizim manat isə uvuzlaşmağa davam edir. Son üç ayda – iyun, iyul və avqust aylarında manat 10 faiz ucuzlaşıb”, – deyə S.Əliyev vurğuladı. O xatırlatdı ki, keçən ilin dekabrında manat üzən məzənnəyə keçib.

“Manatın dəyəri bazardakı tələb və təkliflə müəyyən olunur. Mərkəzi Bank bəyan edir ki, söhbət manatın tələb və təklifə uyğunlaşmasından gedir. Lakın əslində Azərbaycanda yumşaq devalvasiya müşahidə olunur”, – deyə iqtisadçı Kavkaznews.az-a bildirdi.Bez-nazvaniya-34

Samir Əliyevin fikrincə, dövlət yumşaq devalvasiyanı saxlamaq üçün əlindən gələni edəcək: “Düşünürəm ki, devalvasiya hər ay 3 faiz olacaq. Bu proses ilin sonuna qədər davam edəcək. İlin sonunda dollar 1 manat 80 qəpik olacaq”.

“Mən düşünürəm ki, biz Mərkəzi Bankın bəyanatlarına inanmalıyıq”, – deyə millət vəkili Fəzail İbrahimli bildirdi. “Niyə?” sualını isə deputat belə şərh etdi: “Ona görə ki, Mərkəzi Bank xalq üçün çalışır. Bu açıqlamanın səhv və ya doğru olmasını zaman göstərəcək”.

M.Suanlı

Kavkaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR