İki ölkə dollardan imtina etdi

1472271061_1İki ölkə bundan sonra ticarət dövriyyəsini avro üzərindən edəcəyini açıqlayıb

Avropa.info xəbər verir ki, İran və Cənubi Koreya 29 avqustdan etibarən avro üzərindən ticarət edəcəyi bildirilib.
İran rəsmi agentliyi İRNA-nın xəbərinə görə, xarici işlər nazirliyi beynəlxalq təhlükəsizlik və siyasi məsələlər idarəsinin baş direktoru Həmid Baidinejad, Tehranla Seul arasındakı ticarətdə Cənubi Koreyanın pul vahidi wonun avroya çevrilməsinin önündəki əngəllərin qaldırıldığını deyib.
Baidinejad bunun nüvə müqaviləsi çərçivəsində və ABŞ-ın təsdiqi ilə baş verdiyini vurğulayaraq, “Bu qərara görə, iki ölkə ticarəti dollardan istifadə edilmədən yalnız avro ilə aparacaq” deyib.
Cənubi Koreya iqtisadiyyat naziri də İran və Cənubi Koreyanın avro üzərindən ticarətə başlayacaqlarını açıqlayıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR