Xamenei ABŞ-ı İranın S-300 kompleksləri almasına mane olmaqda ittiham edib

949bf3f6-fd46-45cf-a87c-e2caf74628dc_292ABŞ İranın S-300 zenit-raket komplekslərini almasına mane olmaq üçün əlindən gələni etdi

“Report” xəbər verir ki, bunu İranın ali dini lideri, Silahlı Qüvvələrin ali baş komandanı ayətullah Əli Xamenei Rusiyaya məxsus S-300 ZRK-ların döyüş növbəsi çəkəcəyi “Xatəm-əl-Ənbiya” hava hücumundan müdafiə bazası komandanlığı ilə görüşü zamanı bildirib.

“S-300 hava hücumundan müdafiə sistemləri hücum yox, son dərəcə müdafiə xarakterli silahlardır. Bizim elə bir düşmənimiz var ki, o bizi hətta özümüzü müdafiə etmək hüququndan məhrum etmək istəyir. Biz bu düşmənin İslam Respublikasına hücuma keçməyi ağlına belə gətirməməsi üçün öz müdafiə potensialımızı artırmalıyıq”, – deyə o bildirib.

“S-300-ün İrana tədarükü ətrafında qalxan səs-küy, vaxtilə Ford tərəfindən İranın nüvə obyekti ətrafında qaldırılan hay-küy kimi, İran millətinə düşmən olanların kininin növbəti təzahürü oldu. Onlar anlamalıdırlar ki, İrana hücum edəcəkləri təqdirdə, sarsıdıcı cavab alacaqlar”, – deyə Xamenei çıxışı zamanı bildirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR