“Həcc ziyarətini inhisarda saxlamaq əsassızdır”

466800Keçən il avqustun 27-də Kavkaznews.az saytında “Həcc ziyarətinin inhisarı” başlıqlı yazı dərc olunmuşdu. Yazıda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Azərbaycanda həcc ziyarətinin təşkilində müstəsna hüquqa malik olmasından söz açılırdı. Məqalədə həcc arzusunda olan ayrı-ayrı şəxslərdən itat gətirmişdik. Onların sözlərinə görə, Həcc ziyarətinin təşkili QMİ-yə verilənə qədər Məkkəyə ziyarət səfərlərini özəl şirkətlər həyata keçirirdi: “QMİ-nin təklif elədiyi qiymətlər çox bahadır. Düzdür əvvəllər özəl şirkətlər 2000-2500 dollara ziyarəti təşkil edirdilər. Ancaq QMİ həcc ziyarəti ilə bağlı inhisar yaradıb. Hazırda həcc ziyarəti 5000 dollara başa gəlir”.

Biz öyrənmək istədik, Həcc ziyarətinin təşkilində inhisar hüququnu QMİ-yə kim verib? Bu sualı biz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Yaqut Əliyevaya verdik. “Bu sualı bizə niyə verirsiz?” – deyə Y.Əliyeva soruşdu.yaqut_aliyeva_231014

“Ona görə ki, sizin qurum Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi adlanır”, – deyə xatrlatdıq. “Bizim qurumun adı mənə məlumdur. Amma Həcc məsələsi ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi məşğul olur. Bu sualı onlara verin”, – deyə Y.Əliyeva bildirdi.

Təəssüf ki, QMİ-nin nümayəndələri ilə əlaqə saxlamaq cəhdimiz boşa çıxdı. Bu il avqustun 29-da Qafqaz Müsəlmanları İdarəsi Azərbaycandan gerçəkləşəcək Həcc ziyarətinin qrafikini açıqlayıb. Zəvvarlar sentyabrın 2-dən etibarən hava limanı ilə Həccə yola düşməyə başlayacaq. Sentyabrın 4-nə qədər hər gün iki reys yola salınacaq. Ziyarətdən qayıdış isə əvvəlcə nəzərdə tutulduğu kimi, sentyabrın 18-də yox, 19-da başlayacaq. Zəvvarların dönüşü ayın 20-si, 21-i və 22-də davam etdiriləcək (APA).

Biz yenidən öyrənməyə çBez-nazvaniya-54alışdıq ki, görəsən, QMİ ziyarətin təşkili ilə bağlı müstəsna hüququ hanı əsaslarla əldə edib?

“Özəl şirkətlərin təşkil etdiyi qiymətlər heç də QMİ-nin təklif etdiyindən aşağı deyildi”, – bunu Kavkaznews.az saytına QMİ nümayəndəsi hacı Azad Bağırov bildirdi. Onun sözlərinə görə, özəl şirkətlər son dəfə Həcc ziyarətini 2006-cı ildə həyata keçirib.

“2006-cı ildən onra Həcc ziyarətinin təşkili QMİ-nin nəzarəinə keçdi” – deyə A.Bağırov qeyd etdi. “Bu müstəsna hüquq nə vaxt və necə QMİ-yə keçdi?” – deyə soruşduq. “Səudiyyə Ərəbistanı Həcc Nazirliyi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında bağlanan sazişə görə, Həccin təşkili üçün kvotalar bizim quruma verildi”, – deyə A.Bağırov cavab verdi.

“Səudiyyə Ərəbistanı dövlətlərə kvota verir, amma QMİ kimi QHT-lərə yox. Buna görə də, Səudiyyə Ərəbistanının QMİ-yə kvota verməsi inandırıcı səslənmir”, – deyə “Ümid” Partiyasının lideri, sabiq deputat İqbal Ağazadə bildirdi. Onun fikrincə, kim Həccə getmək istəyirsə, ona bu imkanı vermək lazımdır. “Həcc ziyarətini inhisara almaq əsassızdır. Qeyd edim ki, müsəlman əhalisi çox olan ölkələrdə Həcc ziyarətini dövlət qurumları təşkil edir”, – deyə sabiq deputat vurğuladı.

M.Suanlı

Kavkaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR