İflic olan əfsanəvi Mixael Şumaxer YERİMƏYƏ BAŞLADI

mixael_shumaxerFormula 1-in əfsanəvi pilotu Mixael Şumaxer ilə bağlı xoş xəbər yayıldı.

2013-cü ilin sonlarına doğru Fransada, Alp dağlarında xizək sürərkən qəza keçirən sabiq alman pilot uzun müddət komaya düşmüşdü. Komadan ayıldıqdan sonra isə reabilitasiya prosesinə başlanmışdı.

Milli.Az xəbər verir ki, Xorvatiyanın gündəlik “Sportske Novosti” qəzeti 2.5 ildir səhhəti ilə əlaqədar ardıcıl pis xəbərlər yayılan Mixael Şumaxerin yenidən addımlamağa başladığını yazıb.

Məsələ ilə bağlı hələ rəsmi açıqlama gəlməsə də, qorxunc qəzadan sonra pilot haqda ilk dəfə müsbət bir xəbərin yayılması pərəstişkarlarını həyəcanlandırıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR