“Binəqədi Rayon İcra Hakimiyyətinin yaydığı informasiya, həqiqətə uyğun deyil”

xaleddin-icra“Nazirlər Kabinetinin istismar müddəti bitmiş binaların sökülməsi barədə qərarında hüquqi boşluq var”

Bu il sentyabrın 3-də Kavkaznews.az saytında “Nizami rayonunun icra başçısı da “İnşaat və Konstruksiyalar”ı seçir?” adlı məqalə dərc olunmuşdu. Məqalədə biz “İnşaat və Konstruksiyalar” şirkətinin rəhbəri Rauf Əliyevin dediklərini dərc etdik. Xatırladaq ki, bu şirkətə Binəqədi və Nizami Rayon İcra Hakimiyyəti orqanları tərəfindən, istismar müddəti bitmiş binaların sökülməsi və onların yerində çoxmərtəbəli binaların tikintisi tapşırılıb.

«İcraçı-şirkət rayonun icra başçısının göstərişiylə təyin olunur»,- deyə “İnşaat və Konstruksiyalar” şirkətinin rəhbəri bizə bildirmişdi. Bu il sentyabrın 3-də Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti, sökülən binaların yerində çoxmərtəbəli binaların tikintisi ilə bağlı iki özəl şirkətlə müqavilə bağlanıldığını bildirdi. Şirkətlərin hansı yolla seçildiyi barədə məlumat verilmir.

Nazirlər kabinetinin 22 yanvar 2016-cı il tarixli, “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” qərarının icrası çərçivəsində Binəqədi rayonunda 49 çoxmənzilli bina və 166 fərdi yaşayış evi sökülməlidir. “Relat House” və “Aztexno Kompani” şirkətləriylə bağlanan iki müqavilədə, beş binanın yerində, bir neçə çoxmərtəbəli binanın tikintisi nəzərdə tutulur. Binaların söküntü və tikinti işləri davam edir. logo-1

Diqqətəlayiqdir ki, Binəqədi Rayon İcra Hakimiyyəti , şirkətlərin hansı yolla seçildiyi barədə məlumat vermir. “Şəffaflıq Azərbaycan” QHT-nın eksperti Elvin Yusiflinin dediyinə görə, qanunvericiliyə əsasən, belə hallarda xidmətlərin alınması barədə müsabiqə keçirilməlidir.

“Rayonun İcra Hakimiyyəti namizədlər qarşısında şərtlər paketi hazırlayan  tender şirkəti təşkil etməlidir. İndiki vəziyyətdə layihə və sakinlərinin maraqlarının təmin olunması üzrə minimal tələblər müəyyən edilməlidir”- ekspert qeyd etdi. Diqqətəlayiqdir ki, sözügedən şirkətlərdən(“Relt House” MMC və“Aztexno Kompani” MMC) heç biri inşaat təcrübəsinə malik deyil. (contact.az) Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşlarının bizə bildirdiklərinə görə, hal- hazırda qəza vəziyyətində olduğu aşkarlanan və Rəsulzadə qəsəbəsində yerləşən üç binada icra hakimiyyəti tərəfindən söküntü işləri aparılır. “Həqiqətənmi “Relt House” MMC və “Aztexno Kompani” MMC şirkətlərinin seçimi vaxtı tender keçirilməmişdi?”,- müxbirimiz soruşdu.

İcra Hakimiyyətinin əməkdaşlarına yönləndirdiyimiz bu sual cavabsız qaldı. O zaman müxbirimiz sözügedən şirkətlərə müraciət etmək qərarına gəldi. Təəssüf ki, qlobal şəbəkədə “Relat House” şirkəti haqqında heç bir məlumat əldə edə bilmədik. Biz “Aztexno” şirkətinin saytını aşkar etdik. Qeyd edək ki, bu şirkət heç inşaat biznesiylə məşğul olmur. Biz bu şirkətlə əlaqə saxladıq. Şirkətin şöbə müdiri Kənan Quluzadə Binəqədi rayon icra hakimiyyəti tərəfindən yayılan informasiyaları təkzib etdi. “”Aztexno”nun Binəqədi rayonunun ərazisində aparılan heç bir söküntü işlərinə aidiyyəti yoxdur”,-deyə Quluzadə bildirdi.

“Məni qəza vəziyyətində olan binaların söküntü işlərinin aparılması tapşırılan şirkətlərin nəyin əsasında seçilməsi  çox maraqlandırır.”,- “Şəffaflıq Azərbaycan” QHT-nın rəhbəri Rəna Səfərəliyeva bildirdi.

Bez-nazvaniya-12“Bu qərarı, şəxsən, istismar müddəti bitmiş binaların söküntü işlərinin aparıldığı  rayonların icra başçıları qəbul edir”,-jurnalistimiz xatırlatdı.

“İcra başçısının qərarında, bu qərarın qəbulunun mexanizmləri, şirkətin sakinlər qarşısında öhdəliyi, eləcə də köhnə binanın söküntü və onun yerinə tikiləcək olan binanın tikinti işlərinin aparılmasının müddəti aydın göstərilməlidir. Əgər bütün bunlar yoxdursa, onda bu hüquqi boşluq adlanır”,- deyə Rəna Səfərəliyeva  bildirdi.

M.Suanlı

Kavkaznews.az

Mövzuya dair linklər:
http://qafqaznews.az/2016/08/az-riqaz-ibrahim-mehdiyevin-tabeliyin-kecib/
http://qafqaznews.az/2016/08/yasamal-rih-insaat-v-konstruksiyalar-sirk-tini-qorumaga-davam-edir/
http://qafqaznews.az/2016/08/fhn-muf-ttisi-yasamal-rih-sokduyu-bina-q-za-v-ziyy-tind-deyil/
http://qafqaznews.az/2016/08/insaat-v-konstruksiyalar-sirk-ti-yasamal-rih-bascisina-m-xsusdur/
http://qafqaznews.az/2016/08/yasamal-rih-sakinl-r-t-zyiq-ucun-bomj-lardan-istifad-edir/
http://qafqaznews.az/2016/08/yasamal-rih-sakinl-rin-ustun-buldozer-surdurur/
http://qafqaznews.az/2016/08/fhn-s-rifzad-kuc-sind-ki-binanin-sokuntusu-qanunsuzdur-foto-video/
http://qafqaznews.az/2016/08/bizi-kiray-m-nzill-r-zorla-kocurdul-r/
http://qafqaznews.az/2016/09/nizami-rayonunun-icra-bascisi-da-insaat-v-konstruksiyalar-secir/

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR