Azərbaycan Respublikası Baş prokurorunun vətəndaşlarla görüşünün vaxtı dəyişdirilmişdir

zakir_qaralovBaş prokuror Zakir Qaralovun sentyabrın 23-də Beyləqan, İmişli, Ağcabədi, Tərtər, Ağdam, Füzuli və Laşın rayonlarında yaşayan vətəndaşlarla nəzərdə tutulan qəbulunun vaxtı dəyişdirilmişdir. Qəbulun keçiriləcəyi tarixlə bağlı əlavə məlumat veriləcəkdir.

Baş Prokurorluğun mətbuat xidmətindən  Qafqaznews.az-a verilən məlumata görə həmin tarixdə Baş prokuror saat 10:00-da Şirvan şəhər prokurorluğunun inzibati binasında Şirvan, Hacıqabul, Saatlı, Sabirabad və Salyan rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcəkdir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR