Ordinari: “Dağlıq Qarabağ münaqişəsi yalnız diplomatiya yolu ilə həll olunmalıdır”

2dd22aea-5e5c-47c2-ba99-454fb3bca46c_292“Dağlıq Qarabağ münaqişəsi güc yolu ilə yox, danışıqlar yolu ilə həll olunmalıdır”.

“Report” xəbər verir ki, bunu Azərbaycandakı Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete mətbuat konfransında deyib.

“Dağlıq Qarabağ münaqişəsi Azərbaycan üçün çox həssas məsələdir. Çünki 20-dən çoxdur davam edir. Katolik Kilsənin qarşısına bu məsələni həll etmək qoyulmayıb, bu, siyasətçilərin işidir”, – deyə V.Fekete bildirib.

Onun sözlərinə görə, Roma Papasının regiona səfərinin şüarı “Hamımız qardaşıq” kimidir və Papa qəti şəkildə münaqişənin hərbi yolla həllinə qarşıdır.

“Tərəflər danışıqlar masasına əyləşib vəziyyətdən çıxış yolu axtarmalıdır”, – deyə o vurğulayıb.

V.Fekete çıxışı zamanı Roma Papasının sözlərindən sitat gətirərək müharibə və zorakılığın daha böyük zorakılıq və müharibəyə səbəb olduğunu, ona görə də bu məsələnin yalnız diplomatiya yolu ilə həll edilməli olduğunu bildirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR