Kürdəmirdə relslərin satılması barədə məlumatlar yalandır? – ARAŞDIRMA(FOTO)

ziya-mNadir Əzməmmədov: “Şəmsəli Quliyevlə bağlı məlumat yayan şəxslər şər atırlarsa, məsuliyyətə cəlb olunacaqlar”

Bu gün Qafaz Xəbər Agentliyinin elektron poçt ünvanına “Azərbaycan Dəmir Yolları” QSC-nin tabeliyində olan Kürdəmir 5 saylı Dəmiryolu Sahəsi ilə bağlı şikayət daxil olub.
Həmin məktubda deyilir:
“Nəqliyyat Naziri Ziya Məmmədovun adamı Kürdəmir 5 nömrəli Dəmir Yolu Sahəsinin rəisi Şəmsəli Quliyev qanunsuz olaraq dəmir yolu relslərini doğratdırıb satdırıb dövlət əmlakını talan edir.Kürdəmir 5 nömrəli Dəmir Yolu Sahəsi Hacıqabuldan-Ucar rayonunun Alı kənd dəmir yolu stansiyasına qədər məsafəni əhatə edir.Baş İdarə isə Kürdə14429266_299387980437346_1377318701_nmir rayonunda yerləşir.İdarənin rəisi Şəmsəli Quliyev Nəqliyyat naziri Ziya Məmmədovun yaxın adamıdır. Hacıqabul, Kürdəmir və Ucar rayonlarında bəzi idarə müəsisələrinə yük daşınması üçün sovet dönəmində dəmir yolu xətləri çəkilmişdir.İndi həmirn idarə və müəssisələrin bir neçəsi işləmədiyindən və vəzifə səlahiyyətlərindən sui-istifadə edən Şəmsəli Quliyev həmin dəmir yolu relslərini təmir işləri adı ilə qanunsuz olaraq sökdürüb satdırır.Hər yanda da deyir ki, guya buna Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov tapşırıq verib.Söküntü işləri ,oğurluq edildiyindən gecə saatlarında aparılır.Kəsilən dəmir yolu relsləri maşınlarla daşınır və üzərinə torpaq tökdürülür ki, izi qalmasın.Dəmir yolu polisi isə haqq alıb oğurluq cinayətinə göz yumur. Şəmsəli Quliyev belə talançılıq yolu ilə böyük bir var-dövlətə mal-mülkə sahib olub.Buna görə, o, gecə-gündüz Ziya Məmmədova dua edir.20160913_120434

Biz bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanova mətbuat vasitəsi ilə müraciət edib xahiş edirik ki, dəmir yolu relslərini oğurlayıb satdırdığı üçün Şəmsəli Quliyev cinayət məsuliyyətinə cəlb edilsin, onun barəsində tədbir görülsün.

Əliyev Fazil Qadir oğlu ,Kürdəmir rayonu H.Əliyev küçəsi, bina 3 mənzil 12,
Mahmudov Xasay Rafiq oğlu ,Kürdəmir rayonu M.Ə. Rəsulzadə küçəsi ev 34,
Səfərov İslam Qardaşxan oğlu Kürdəmir rayonu ,H.Aslanov küçəsi, ev 27”.

Biz şikayəti “imzalayan” şəxslərin əlaqə nömrələrini axtarsaq da, təəssüf ki, cəhdlərimiz boşa çıxdı. Məktubda əlaqə nömrəsi qeyd olunmamışdı. Belə olduğu halda, araşdırmaq istədik, görəsən, bu cür məlumatlar “Azərbaycan Dəmir Yolları” QSC-yə də daxil olubmu? Ən əsası, bu cür informasiyaların həqiqətə uyğun olub-olmadığı QSC tərəfindən araşdırılıbmı?
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirdi ki, belə bir informasiyanın yayılmasından xəbərdardır.

“Mən Şəmsəli Quliyevlə əlaqə saxladım, soruşdum nə məsələdir… Dedi ki, qızının toyu olacaq, başı qarışıqdır. Sabah bu məsələ ilə məşğul olacağıq. Bilmirik, həmin şəxslər kimdir? Ümumiyyətlə, belə adda adamlar varmı? Hər halda, araşdırıb sizə də məlumat verəcəyik”, – deyə N.Əzməmmədov cavab verdi.
“Bəs həmin məlumatların həqiqətə uyğun olub-olmaması da yoxlanılacaqmı? Məktubda səsləndirilən fikirlərlə bağlı nə deyə bilərsiniz?”, – deyə soruşduq.

“Relslərin satılması mümkün deyil. Hər şey hesablanır, nəzarətdədir. Lakin görək bu adamlar belə bir məlumatı niyə yayıblar. Şər deyilsə, həqiqət payı varsa, tədbir görüləcək. Şər olduğu da üzə çıxarsa, o zaman bu şəxslər barəsində tədbir görüləcək. Onlar məsuliyyətə cəlb olunacaqlar”, – deyə N.Əzməmmədov əlavə etdi.
Biz Ş.Quliyevin özüylə də əlaqə saxlamaq istəsək də, cəhdlərimiz boşa çıxdı. Hər halda, görünür ki, kimsə Şəmsəli Quliyevin xeyir işinə “şəkərlik” qatmağa çalışıb.

Rüfət Əhmədzadə

Qafqaznews.az

20160913_120448 20160913_120506 20160913_120650

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR