NASA açıqladı: Yupiterdə su buxarı var VİDEO

img2203211NASA Yupiter planetinin peyki “Avropa”da su buxarı tapıldığını açıqlayıb

Axar.az xəbər verir ki, agentlik su buxarının “Hubble” teleskopu vasitəsi ilə aşkar edildiyini bildirib.

Sözügedən buxar peykin buzlarla örtülü cənub qütbündədir.

Qeyd edək ki, alimlərin bu tapıntısı öz təsdiqini taparsa, “Avropa” Günəş sistemində su axıntılarına rast gəlinən ikinci peyk olacaq. Daha öncə “Kassini” kosmik gəmisi Saturnun peyki Enkeladda yüksələn su buxarlarını təsbit etmişdi.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR