İran neft hasilatını sutkada 4 milyon barelə çatdırmaq niyyətindədir

52545404-b79b-4438-b092-017407a1d3d8_292İran neft hasilatını məhdudlaşdırmayacaq və onu sutkada 4 milyon barelə çatdırmaq niyyətindədir

“Report” xəbər verir ki, bunu çərşənbə axşamı Əlcəzairdə keçirilən Beynəlxalq Enerji Forumunun kuluarlarında İslam Respublikasının neft naziri Bijan Namdar Zanqane bildirib.

“Biz OPEK-in konsultativ görüşündə (sentyabrın 28-də) sazişin imzalanmasına can atmırıq. İran öz neft hasilatını məhdudlaşdırmayacaq və onu sutkada 4 milyon barel səviyyəsinə çatdırmaq niyyətindədir”, – deyə iranlı nazir qeyd edib.

O hesab edir ki, İslam Respublikası OPEK-dəki əvvəlki payını, yəni təşkilata üzv ölkələrin ümumi neft hasilatının 13%-ni geri qaytarmalıdır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR