Bir çoxunun iki əsirlik tarixi var – 700-ə yaxın antikvar saat bir yerdə-VİDEO

68544492Görüntülər Avropa yerləşən hər-hansı tarixi muzeydən yox, Ramiz Əliyevin evindəndir

Dünyanın müxtəlif ölkələrində istehsal edilmiş 700-ə yaxın antikvar saat bir yerə toplanılıb. Bunu edən isə bakılı Ramiz Əliyevdir. Peşəsi energetik olan bu şəxs atasının sənətini yaşatmaq üçün antikvar saatları toplayaraq onları təmir edib. O, bu saatları sərgiləmək üçün hətta xüsusi otaqda tikdirib.

Müxtəlif görüntülü, növbə növ 700-ə yaxın saat bir arada. Bir çoxunun hətta iki əsirlik tarixi var.

Görüntülər Avropa yerləşən hər-hansı tarixi muzeydən yox, Sabunçu rayon Maştağa qəsəbəsi sakini Ramiz Əliyevin evindəndir.

Kolleksiyaçı deyir ki, saatların əksəriyyəti mexanikidir və işlək vəziyyətdədir.

Ramiz Əliyevin sözlərinə görə, kolleksiyasında əsasən Fransa saatları üstünlük təşkil edir və bu saatların demək olar ki, hamısını Bakıda evlərdən tapıb.

Demək olar ki, kolleksiyadakı bütün saatların qiyməti çox yüksəkdir. Ən köhnə saat isə 1850 ci ilin istehsalıdır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR